Hans Memlinq (, , və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir.

Həyatı Hans Memlinq Zelingeştadtda anadan olmuşdurMurray, P. and Murray, L. (1963) The Art of the Renaissance. London: Thames & Hudson, p. 156. . Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir. Təqribən 1459-1460-cı illərdə Hollandiyaya gələn Memlinq ehtimal ki, Brüsseldə Rocer van der Veydenin yanında təhsil almışdır, ona şagirdlik etmişdir.

Hans Memlinq1465-ci ildən Brüggedə işləmişdir. Memlinqin əsərləri üçün sakit əhvali-ruhiyyə, aydın kolorit, obrazların müəyyən qədər monumentallaşdırılması, humanizm elementləri səciyyəvidir.

Qalereya

Ədəbiyyat

М. Герман. Мемлинг. — Л., 1983. Ф. Дзери. Мемлинг. Страшный суд. — М.: Белый город. — 48 с. — (Сто великих картин). — 5 000) экз. — ISBN 5-7793-0346-0. С. Дзуффи. Возрождение. XV век. Кватроченто. — М.: Омега-пресс, 2008. — С. 41, 51, 108, 130, 318—320. — 384 с. — 3000 экз. — ISBN 978-5-465-01772-5

İstinadlar

Xarici keçidlər

Hans Memling on BALaT - Belgian Art Links and Tools (KIK-IRPA, Brussel) Petrus Christus: Renaissance master of Bruges Fifteenth- to eighteenth-century European paintings: France, Central Europe, the Netherlands, Spain, and Great Britain Kateqoriya:1440-cı ildə doğulanlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri