Tələt Ağalar oğlu Şıxəliyev () — Azərbaycan SSR əməkdar rəssamı (1982).
Həyatı Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.
1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi. citylife.az
Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir..
Yaradıcılığı İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.
Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.
Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur. "Oğlumun portreti", "Gənc rəssam", "Qızım yatarkən", "Uşaq və pişik" kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehrli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.
Əsərləri respublika və bir çox xarici ölkə muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda yer almışdır.
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982
Əsərləri
Həmçinin bax Azərbaycan rəssamlarının siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları