thumb|Yaqub Şevki Subaşı — korpusun birinci komandanı. II Qafqaz korpusu, Osmanlı imperiyası tərəfindən Birinci Dünya müharibəsi dövründə qurulmuş olan bir ordu korpusu idi.

Ordu nizamı 1916 dekabr, 1917 avqust, 1918 yanvara aid olan döyüş nizamı 1916 dekabr, 1917 avqust, 1918 yanvarda ordu korpusu aşağıdakl formada təşkil edilmişdi:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, s. 154, 170, 181.

İkinci Qafqaz korpusu thumb|Fevzi Çaxmaq — ordu korpusunun ikinci komandanıQafqaz tüməni, XI Qafqaz tüməni, 37-ci Qafqaz tüməni

Komandanları General-leytenant Yaqub Şevki Subaşı — (7 sentyabr 1916-cı ildən 1917-ci il iyul ayına qədər)T.C. Baş Qərərgah Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Hərbinə qatılan tümən və daha üst rütbələrdəki komandırlərin bioqrafiyaları. Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 54. (Türkcə) General-leytenant Fevzi Çaxmaq — (avqust 1917-ci ildən 1918-ci il iyun ayına qədər)T.C. Baş Qərərgah Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Hərbinə qatılan tümən və daha üst rütbələrdəki komandırlərin bioqrafiyaları. Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 67. (Türkcə)

Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.

Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.

Ləğvi Osmanlı ordusunun Fələstin və İraq cəbhəsində məğlub olmasından sonra bu ordu korpusu ləğv edilmişdir. Lakin şəxsi heyətinin mütləq əksəriyyəti müxtəlif ordu birləşmələrinin tərkibində Türkiyə İstiqlaliyyət müharibəsində də iştirak etmişdir.

İstinadlar

Həmçinin bax Osmanlı ordusu Birinci Qafqaz korpusu Qafqaz İslam Ordusu

Kateqoriya:Osmanlı imperiyasının silahlı qüvvələri Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi