Şelkovnikov su kutorası (lat. Neomys teres və ya Neomys schelkovnikovi), (Eulipotyphla) dəstəsinə, Yereşənlər (lat. Soricidae) fəsiləsinə aid olan məməli növüdür. Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün endemikdir.
Qısa təsviri Ən iri yereşəndir. Kütləsi 12–26,5 q, bədəninin uzunluğu 71–102 mm, quyruğu 53–75 mm, pəncələri 15–22 mm-dir. Tükləri başqa kutorlardakından uzundur. Gözləri tükün içində gizlənmişdir. Pəncələrində tükdən üzmə çıxıntıları yaxşı inkişaf etmişdir.
Yayılması Bütün Qafqazda və güman ki, Türkiyə və İranın qonşu ərazilərində yayılmışdırCоколов В.Е., Темботов А.К. Несекомоядные\\ Позвоночные Кавказа–М.:Наука,1989, 531 с.. Bu intrazonal növ Azərbaycanın bütün təbii vilayətlərində qeydə alınsa da, dağlarda daha adidir. Böyük Qafqazda d.s. 1000m-dək (Qax rayonu, İlisu kəndi ətrafında) Kiçik Qafqazda 2000m-dək (Laçın və Şuşa rayonları) hündürlükdə qeydə alınmışdırAzərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Bakı, Elm nəşriyyatı, 2004.
Həyat tərzi Bütün landşaftların, o sıradan yarımsəhraların suvarılan bağların su kənarı biotoplarında yaşayır. Sayı o qədər də yüksək deyildir. Əldə edilmiş heyvanların 3–5 və 8 balası olmuşdur. Apreldən sentyabra qədər çoxalır. Cücülər, molyusklar, qurbağalar, balıq kürüsü və körpələri ilə qidalanır.
Kateqoriya:1908-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Azərbaycan məməliləri
İstinadlar
Xarici keçidlər http://www.iucnredlist.org/details/29659/0 Neomys teres Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər