İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisa.

Həyatı və karyerası İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir.

2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir. Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir. Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi. Rəşid Behbudovun "Nazəndə Sevgilim" mahnısını max-sinqlına daxil etmişdir.

2015-ci ilin mart ayında "Değmezsin Ağlamaya", sentyabr ayında "Aşk Eşittir Biz" sinqllarını təqdim etmişdir. Həmçinin Emrah Karadumanın "Tozduman" albomundakı"Nerden Bilecekmiş" mahnısını oxudu və mahnıya klip çəkdirdi.

2016-cı ildə ilk studiya albomu olan "Dantel"i təqdim etdi. Albomdakı "Evlenmene Bak", "Dur Yavaş", "Bana Hiçbir Şey Olmaz" və "Dantel" mahnılarına klip çəkdirdi.

13 sentyabr 2014-cü ildə radio aparıcısı Rıza Esendemir ailə həyatı qurdu.22 mart 2016-cı ildə isə ondan ayrıldı.

11 iyul-22 sentyabr 2016-cı ildə "Rising Star Türkiyə" yarışmasında münsiflik etmişdir.

2017-ci ildə Mustafa Ceceli ilə "Kıymetlim", Yonca Evimcik ilə "Kendine Gel" duetlərini ifa etmişdir. Həmçinin 2017-ci ildə "Tektaş" sinqlını təqdim etmişdir.

Diskoqrafiya

Albom Dantel (2016) İrem Derici Tüm Şarkıları (2015)

Max Sinql 2 (2013) 1. Sevgi Olsun Taştan Olsun 2. Sevgi Olsun Taştan Olsun (Akustik) 3. Zorun Ne Sevgilim

3 (2014) 1. Nazende Sevgilim 2. Bir Miyiz 3. Nabza Göre Şerbet

Sinql Bensiz Yapamazsın (2012) Düşler Ülkesinin Gelgit Akıllısı (2013) Aşk Eşittir Biz (2015) Tektaş (2017) Kendine Gel (2017) Sevimli (Bekar Bekir Orijinal Film Müziği) (2017) Bazı Aşklar Yarım Kalmalı (2017) Hadi Gel (2018) Cahil Cesareti (2018)

Filmoqrafiya O Ses Türkiye (2011) İşte Benim Stilim (2016) Jet Sosyete (2018)

Həmçinin bax Rəsmi Facebook Səhifəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:İstanbul Bilgi Universitetinin məzunları