thumb|Mostar gimnaziyası thumb|Detail Mostar gimnaziyası Vətəndaş müharibəsi dönəmində təhsil 1990—1991-ci illərdə ölkənin orta təhsil müəssisələrində 720 min nəfər təhsil olırdı. 1990-cı illərin birrinci yarısında hərbi əməliyyatların getməsi səbəbinmdən təhsil müəssisələri böyük ziyan görmüşdür. Sülhün bərqarar olması ilə ölkənin ilk işi təhsil ocaqlarının bərpası olur.

Müasir təhil sistemi Bosniya və Herseqovinada 3 pilləli təsil sistemi mövcuddur: məktəbə qədər ki təhsil müəssisələri — burada 3 - 7 yaş uşaqlar təhsil alır. məktəblərdə təhsilin baza hissəsi — ölkədə 8 illik təhsil məcburidir. 7-11 və 11-15 yaş olan uşaqlar üçün məktəblər vardır.

Təhsilin baza hissəsini bitirdikdən sonra (15-19 yaş) şagird təhsilini davam etdirə bilər: 4 illik ort məəktəblərdə (gimnaziyalarda). xüsusi 4 illk məktəblərdə (pedaqoji, incəsənət, musiqi, dini, texniki). 3 illik ali texniki məktəblərdə

Orta məktəbi bitirən şagirdlər artıq ali təhsil ocaqlarında buraxlış imtahanı verdikdən sonra təhsil ala bilərlər: Universitetlər (istər dövlət, istər özəl). Universitetlər Sarayevo, Banya Luka, Mostar, Biyelina və Tuzla kimi şəhərlərdə yerləşir. Akademiyalar. Zenisa və Bixaç kimi şəhərlərdə mövcuddur. Ali təhsil ocağını bitirən tələbə diplom əldə edir. 1-ci dərəcə (2-3 illik təhsilin ardından) 2-ci dərəcə elm və incəsənət sahəsində təhsil alanlara verilir (4-5 illik təhsilin artından) 3-cü dərəcə (magistr) 4-cü dərəcə (doktor disertasiyasını müdafiə etmişlər). Bosniya və Herseqovina Sosialist Respublikasında 1966-cı ildə Bosniya və Herseqovina Elm və İncəsənət Akademiyası təşkil edilir. Ölkədə fəlsəfə elmləri üzrə elmi-tədqiqat institutu, Şərq İnstitutu və Balkan İnstitutu təşkil olunmuşdur.

Mənbə Вокруг света: Босния и Герцеговина. Наука и культура The European Education Directory: Bosnia & Herzegovina

Kateqoriya:Bosniya və Herseqovinada təhsil