Tofiq Məhəmməd oğlu Hüseynzadə () — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987). Tofiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir.
Həyatı Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur.
Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir.
Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir.
Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur.
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965–1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir.
Ailəsi 5 övladı və 10 nəvəsi vardır.
Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin atası, Azərbaycanlı şair, həkim-onkoloq Rafiq Hüseynzadənin qardaşıdır.
Ölümü Tofiq Hüseynzadə 2006-cı ilin noyabr ayının 13-də vəfat etmişdir. Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
Karyerası T. Hüseynzadə 1970-ci ildən Qazax rayonunun Barxudarlı kəndində müəllimlik fəaliyyətinə başlamış, daha sonra isə Basarkeçər rayonunun Sarıyaqub kəndində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin noyabr ayından Basarkeçər rayon qəzetində ("Vardenis") ədəbi işçi, 1986-cı ilin noyabr ayından isə kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir.
Sonralar isə filologiya sahəsi üzrə AMEA-da işləmişdir.
Elmi fəaliyyəti "Yeni Azərbaycan", "Millət", "Haqq yolu" və sair qəzetlərində jurnalist kimi fəaliyyət göstərmiş, Göyçə folkloru və sair tarixi mövzularda araşdırmaları ilə bağlı çap olunan müxtəlif səpkili məqalələri və şeirləri ilə Azərbaycan mətbuatında yaxşı tanınmış, mərkəzi televiziya və radioda çıxışlar etmişdir.
Səfəvilər dövrünün mütəffəkiri, həmçinin də öz ulu babası olan Miskin Abdal irsini araşdırmış, 2005-ci ildə Səfəvilərin böyük övliyası — Miskin Abdal kitabını nəşr etdirmişdir. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dissertantı olaraq "Aşıq deyişmələrinin poetikası" mövzusunda dissertasiya işini 2005-ci ildə başa çatdırmış, ölümü həmin işin müdafiəsini etməyə imkan verməmişdir.
Tofiq Məhəmməd oğlu Hüseynzadənin üç cildlik Xəyal cığırı adlı kitabında böyük və zəngin şeriyyət dünyası, hekayələri, hikmətli kəlamları və ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən "Miskin" və "Abdal" anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş elmi-tədqiqat əsəri "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri" əks olunub.
Əsərləri Hüseynzadə Tofiq Məhəmməd oğlu. "Səfəvilərin böyük övliyası – Miskin Abdal", Bakı, "Şəms", 2005. 386 səh. 1000 nüsxə. (arxivləşdirilib) Hüseynzadə Tofiq Məhəmməd oğlu. Aşıq deyişmələrinin poetikası: monoqrafiya / T. M. Hüseynzadə; elmi red. M. Q. Allahmanlı. — Bakı: "Gənclik", 2017. — 312 s. (arxivləşdirilib və arxivləşdirilib) Hüseynzadə Tofiq Məhəmməd oğlu. Xəyal cığırı (I cild – şeirlər), Bakı: "Zərdabi", 2018. — 600 s. (arxivləşdirilib) Hüseynzadə Tofiq Məhəmməd oğlu. Xəyal cığırı (II cild – şeirlər), Bakı: "Zərdabi", 2018. — 600 s. Hüseynzadə Tofiq Məhəmməd oğlu. Xəyal cığırı (III cild – şeirlər və "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri), Bakı: "Zərdabi", 2018. — 600 s. Hüseynzadə Tofiq Məhəmməd oğlu. "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri", Bakı: "Zərdabi LTD", 2018. — 360 s. ISBN 978-9952-476-86-6
İstinadlar
1) Sazım-sözüm, Bakı, 1973, s.12–13
2) Azərbaycan Ədəbiyyatı İnciləri/ Bayatı, Qoşma, Təcnis, Bakı, 1988, s. 70,181,534.
3) Zəki İslam, "El şairi Miskin Abdal", Günaydın qəzeti, № 27–28, 28–30 aprel və 1–4 may 1998-ci il.
4) Hüseyn İsmayılov, "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100–119.
5) Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 1, 2000-ci il. səh.68.; http://www.musigi-dunya.az/Magazine2/articles/16/162.html
6) Hüseyn İsmayılov "Göyçə aşıqları və el şairləri", Səda-2006. səh.63–116
7) Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.14–24; http://anl.az/el/x/xm_mssd.pdf
8) Miskin Abdal
9)
10) Hüseyn İsmayılov "Miskin Abdal", Bakı,2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf
11) Tofiq Hüseynzadə "Səfəvilərin böyük övliyası Miskin Abdal", Bakı, 2005; https://www.academia.edu/40616613/Miskin_Abdal;
http://turuz.com/storage/shiir-2019-2/2737-Miskin_Abdal-Sefevilerin_Boyuk_Ovliyasi-Tovfiq_Husynzade-Baki-2005-389s-.pdf
https://ia601608.us.archive.org/27/items/tofiq-huseynzad-sfvilrin-boyuk-ovliyasi-miskin-abdal-2005/Tofiq%20H%C3%BCseynzad%C9%99%20S%C9%99f%C9%99vil%C9%99rin%20b%C3%B6y%C3%BCk%20%C3%B6vliyas%C4%B1%20-%20Miskin%20Abdal%202005.pdf
12) Tofiq Hüseynzadə "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri", Bakı, 2018; https://ia601605.us.archive.org/19/items/tofiq-huseynzad-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
13) Mahmud Allahmanlı "Miskin Abdal — Səfəvilərin böyük ideoloqu, sufi şeyxi", Bakı, 2018; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf http://www.elibrary.az/docs/BOOKS/A22197.pd;
https://ia601609.us.archive.org/17/items/mahmud-allahmanli-miskin-abdal-sfvilrin-boyuk-ideoloqu-sufi-seyxi-2018/Mahmud%20Allahmanl%C4%B1%20Miskin%20Abdal%20-%20S%C9%99f%C9%99vil%C9%99rin%20b%C3%B6y%C3%BCk%20ideoloqu%2C%20sufi%20%C5%9Feyxi%20-%202018.pdf
http://shirvan.cls.az/front/files/libraries/2474/books/612254978.pdf
14) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. https://ia902602.us.archive.org/10/items/niftali-goycli-yusifov-miskin-abdal-v-sfvilr-2018/Niftal%C4%B1%20G%C3%B6y%C3%A7%C9%99li%20%28Yusifov%29%20Miskin%20Abdal%20v%C9%99%20S%C9%99f%C9%99vil%C9%99r%20-%202018.pdf
http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
15) Tofiq Hüseynzadə, "Xəyal cığırı (Şeirləri, hekayələri, "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri") 3 cildlik kitabı, Bakı 2018, https://ia902607.us.archive.org/5/items/tofiq-huseynzad-seirlri-hekaylri-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-sri-3-cildd-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20%C5%9Eeirl%C9%99ri%2C%20Hekay%C9%99l%C9%99ri%2C%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%20%C9%99s%C9%99ri%203%20Cildd%C9%99%2C%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
http://shirvan.cls.az/front/files/libraries/2474/books/508499672.pdf"http://www.ebooks.az/view/wtaWYev2.pdf "
16) Tofiq Hüseynzadə, "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi, monoqrafiya (2005), Bakı, 2017, http://elibrary.bsu.edu.az/files/books_ay/N_74.pdf
https://ia902606.us.archive.org/35/items/tofiq-huseynzad-asiq-deyismlrinin-poetikasi-monoqrafiyasi-baki-2017/Tofiq%20H%C3%BCseynzad%C9%99%20A%C5%9F%C4%B1q%20deyi%C5%9Fm%C9%99l%C9%99rinin%20poetikas%C4%B1%20monoqrafiyas%C4%B1%2C%20Bak%C4%B1%2C%202017.pdf
17) "Xalq qəzeti" qəzeti "Miskin Abdal ocağının söz xiridarları: Tofiq və Rafiq Hüseynzadələr"; http://www.anl.az/down/meqale/xalqqazeti/2018/may/590817.pdf
18) "Respublika" qəzeti "Miskin Abdal ocağının nümayəndəsi: Rafiq Hüseynzadə"; http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/21888-yeni-naeshrlaer-miskin-abdal-odzaghinin-numayaendaesi
19) "Miskin Abdal ve Senuber" destanı; http://www.millifolklor.com/PdfViewer.aspx?Sayi=39&Sayfa=83
20) "Miskin Abdalın kəramətləri"; http://araz.az/index.php/tarikh/6631-miskin-abdalin-k-ram-tl-ri-moedzuez-l-ri
21) Miskin Abdalın kəramətləri (möcüzələri); http://goyce.az/news.php?id=1261
22) Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi";http://goyce.az/news.php?id=1291
23)http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd;
24) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
25) Miskin Abdal Türkçe Vikipedi; https://tr.wikipedia.org/wiki/Miskin_Abdal;
26) Miskin Abdalın şeirləri;https://www.azadliq.org/a/24911320.html
27) Niftalı Göyçəli "Miskin Abdalın poetikası — I yazı"; http://davam.az/55288-mskn-abdal-hseyn-poetkas.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — II yazı"; http://davam.az/55354-mskn-abdal-poetkas-yaz-vvli-birincid.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — III yazı"; http://davam.az/55425-niftali-goyceli-mskn-abdal-poetkas-yaz.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — IV yazı"; http://davam.az/55446-mskn-abdal-poetkas-v-yaz-vvli-ncd.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — V yazı"; http://davam.az/55540-mskn-abdal-poetkas-v-yaz-vvli-drdncd.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — VI yazı"; http://davam.az/55602-mskn-abdal-poetkas-v-yaz-vvli-beincid.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — VII yazı"; http://davam.az/55704-mskn-abdal-poetkas-v-yaz-vvli-altncda.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — VIII yazı"; http://davam.az/55730-mskn-abdal-poetkas-v-yaz-vvli-yeddincid.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — IX yazı"; http://davam.az/55785-mskn-abdal-poetkas-xx-yaz-vvli-skkizincid.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — X yazı"; http://davam.az/56059-mskn-abdal-poetkas-x-yaz-vvli-doqquzda.html; Niftalı Göyçəli "Miskin Abdalın poetikası — XI yazı"; http://davam.az/56106-mskn-abdal-poetkas-x-yaz-vvli-onuncuda.html;
28) Təranə Vahid "Ruhun memarı — Miskin Abdal"; http://www.anl.az/down/meqale/medeniyyet/2011/noyabr/211739.htm;
29) Miskin Abdal (türkçe) "Namert ile yoldaş olma"; https://www.sevilensarkisozleri.com/miskin-abdal-namerd-ile-yoldas-olma-basin-sarki-sozleri-471096;
30) Miskin Abdal; http://goyce.az/news.php?id=263;
31) Miskin Abdal (şarkı sözleri); https://sarki.bikuple.net/miskin-abdal-sarki-sozleri-11647 ;
32) Həqq M.; http://anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_279.htm;
33) Mahmud Əyyublu "Həmişə inləyib qəmli nəğməsi";http://www.anl.az/down/meqale/palitra/2018/oktyabr/612100.htm
34) Miskin Abdal (Türkçe bilgi); https://www.turkcebilgi.com/miskin_abdal;
35) Miskin Abdal şiirleri (Türkçe);https://edebiyatvesanatakademisi.com/konular/miskin-abdal-azerbaycan-asik-xvi-yuzyil/739;
36) Miskin Abdal; http://goyce.az/news.php?id=342;
37) Rafiq Hüseynzadə -Miskin Abdal ocağının nümayəndəsi; http://goyce.az/news.php?id=793;
38) Miskin Abdal haqqında; https://haqqinda.az/Q%C9%99rbi+Az%C9%99rbaycan/48919-Miskin+Abdal.html;
39)http://www.anl.az/down/meqale/palitra/2018/noyabr/619323.htm;
40) Miskin Abdal "Dünya, səndə nəyim qaldı" şeiri; https://az.wikisource.org/wiki/D%C3%BCnya,_s%C9%99nd%C9%99_n%C9%99yim_qald%C4%B1;
41) Professor Mahmud Allahmanlı "Miskin Abdal-Səfəvilərin böyük övliyası" məqaləsi; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd;