thumb|Xaçmaz Hərbi Dəstəsinin komandanı Şirin bəy Kəsəmənli Xaçmaz Hərbi Dəstəsi — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun qrupu.Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
Yaradılmasında məqsəd Azərbaycana Anton Denikinin hücum təhlükəsinin gözlənildiyi dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun əmri ilə 1919 ilin yayında yaradılmış xüsusi taktiki qrupdur. Ölkənin şimal sərhədi boyunca müdafiə mövqeləri tutmuşdu.Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998
Tərkibi Quba piyada alayı, 3-cü Gəncə piyada alayının bir taboru, 1-ci Tatar süvari alayı, 1-ci topçu briqadasının 2-ci divizionu, İstehkam məktəbinin Şəxsi heyəti daxil idi.
Rəhbərlik General-mayor İbrahim ağa Usubov dəstənin komandiri, general-kvartirmeyster vəzifəsinin müvəqqəti icraçısı podpolkovnik Zeynalov qərargah rəisi təyin edilmişdi.
1919 ilin iyulunda Xaçmaz dəstəsinə rəhbərlik Quba piyada alayının komandiri polkovnik Şirin bəy Kəsəmənliyə tapşırıldı. 1-ci Tatar süvari alayı istisna olmaqla, digər hissə və bölmələr polkovnik Şirin bəy Kəsəmənlinin əməliyyat tabeliyinə verildi.
Ləğvi 1919 ilin noyabrında Xaçmaz dəstəsi ləğv edilərək, onun bazasında Quba Hərbi Dəstəsi yaradıldı. Bununla əlaqədar olaraq Şimal sərhədlərinin qorunması ilə bağlı vəzifələr Quba dəstəsinə həvalə olundu.Osmanlı H., Şimal sərhədləri və Bakı rayonunun müdafıəsi tarixindən, B., 1999.
Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
İstinadlar
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Şimal sərhədinin müdafiə sistemi
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin ordusu Kateqoriya:Azərbaycan hərbi birləşmələri