Nikolay (Karlo) Çxeidze (tam adı: Nikolay (Karlo) Semyonoviç Çxeidze; ) — Gürcüstanda istiqlal hərəkatının görkəmli xadimi.
Fəaliyyəti Nikolay Çxeidze Rusiyada menşevik liderlərindən biri olmuşdur. XIX əsrin sonundan inqilabi hərəkata qoşulmuşdu. Üçüncü və dördüncü Dövlət Dumalarının deputatı, dördüncü dumada menşevik fraksiyasının sədri olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Dövlət Duması Müqəvvəti Komitəsinin üzvü, Petroqrad fəhlə və əsgər deputatları sovetinin, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (I çağırış) sədri idi. Oktyabr çevrilişindən (1917) sonra Gürcüstan Müəssislər məclisinin, Zaqafqaziya seyminin, 1919-cu ildən Gürcüstan hökumətinin sədri idi. Gürcüstan Respublikasına dəstək almaq məqsədilə Antanta Şurası ilə danışıqlarda iştirak etmişdir (1918-21). Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricə getmiş və Parisdə intihar etmişdir.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 291
İstinadlar
Kateqoriya:Menşeviklər Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan Milli Şurasının üzvləri Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Tarixi ölkələrin dövlət başçıları