Enna (İtalyanca tələffüz: ˈɛnna, , , , və bəzən Haenna) — İtaliyanın cənubunda yerləşən Siciliya regionunun Enna vilayətində şəhər və kommuna.

Dəniz səviyyəsindən 931 metr (3,054 fit) yüksəklikdə olan Enna şəhəri İtaliyanın ən hündür vilayət paytaxtıdır. Şəhər 1926-cı ilə qədər "Kastroqiovanni" olaraq bilinirdi.

Tarix Qədim dövr

Şəhər Yevnin rəhbərlik etdiyi Birinci Qul müharibəsinin başladığı yerdir. Üsyan e.ə. 136-cı ildə bu şəhərdə başladı. 400 köləyə rəhbərlik edən Yevn şəhər zadəganlarına qarşı qırğın törətdi. Şəhərdə baş verən qələbədən təhrikləşən daha 6,000 qul üsyana qatıldı. Bu kölələr Yevni öz kralları seçmişdilər və ona "Antiox" adını vermişdilər. Kiçik ordunun böyük əməlləri Kleonun qulağına gəldi və o, 14,000 qul ilə Yevnə kömək etməyə Siciliyaya getdi. Kleon burada general təyin edildi. E.ə. 132-ci ildə Yevn və Kleonun sığınacaqları olan Enna şəhəri Roma ordusu tərəfindən azad edildi. Qalan üsyançılar çox keçməmiş məğlub edildilər. Beləliklə, üsyan sona çatdı.

Demoqrafiya Əhali dinamikası:

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Enna əyalətinin kommunaları