Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (; ) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı.

Həyatı Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır.

Klub karyerası

"Şrusberi Taun" Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu.

"Mançester Siti" left|thumb|265x265px|Hart 2008-ci ildə Mançester Sitidə Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı. Həmin matç heç-heçə başa çatdı. 25 nömrə ilə çıxış edən Hart 2012/2013 mövsümünün başlanğıcında 1 nömrə ilə olan formanı qazandı və bu da Mançester Sitinin əsas qapıçısı olaraq onun üstünlüyünü təsdiqlədi.

"Torino" Hart 2016-cı ilin avqustundan 2017-ci ilin iyununa qədər italyan Torino klubunda çıxış etmişdir.

Yığma karyerası Co Hart 2005-2007-ci illərdə İngiltərənin U-19 milli futbol komandasında, 2007-2009-cu illərdə U-21 komandasında oynamışdır. 2008-ci ildən İngiltərə milli futbol komandasında oynayır.

Xarici keçidlər

Joe Hart profile at the Manchester City F.C. website Joe Hart profile at the West Ham United F.C. website Joe Hart profile at the Football Association website Статистика на сайте eu-football.ru

İstinadlar

Hart Hart Hart Hart Hart Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə futbol şərhçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Börnli FK futbolçuları Kateqoriya:Blekpul FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Seltik FK futbolçuları