Fuad Hüseyn oğlu Axundov () — Azərbaycanlı jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi, teleaparıcı.

Həyatı Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1975–1985 — Bakı şəhəri 23 nömrəli orta məktəb şagirdi. 1985–1992 — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001 — ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub (Master in public administration, KSG, Harvard), magistr dərəcəsi alıb. 2008–2016 — Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub (Master in arts in education. OISE/UofT), magistr dərəcəsi alıb.

Fəaliyyəti 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris etmişdir. Bakı şəhərinin tarixi haqqında fakultativ dərslər aparırdı. 2006–2011-ci illərdə İctimai Televiziya kanalında "Бакинские тайны" (Bakının sirləri) tarixi verilişlər proqramın müəllifi və aparıcısı. 2020-ci ildən AzTV-də "Əsrlər, Nəsillər" proqramın müəllifi və aparıcısıdı. AZƏRTAC İnformasiya Agentliyində, "Бакинский рабочий" (Bakinski raboçi), "Вышка" (Vışka), "525-ci qəzet" qəzetlərində, o cümlədən "Ваш дом" (Sizin ev), "Баку" (Bakı), "Azerbaijan International" jurnallarında vaxtaşırı çap olunur, bir sıra müxtəlif nəşrlərin müəllifidir. 2023-cü ilin dekabr ayından etibarən vaxtaşırı "Qafqaz Xəbərləri" YouTube layihəsinin verilişlərinə dəvət olunur.

Ailəsi Valideynləri: atası — Hüseyn Məmməd-Həsən oğlu Axundov (1945–2022) — şərqşünas, ərəb dili müəllimi, anası — Alla İqorevna Krayevskaya (1941–2003) — şərqşünas, ərəb dili müəllimi. Həyat yoldaşı: Şaxanə Oktay qızı Məmmədova (1968), 1999–2020-ci illərdə nikahda idilər. Övladı: Maqsud (1999).

Hərbi karyerası 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1993-cü ildən 2007-ci ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis polkovnik-leytenantıdır.

Təltif və mükafatları

"Humay" Milli mükafatı laureatı — 2 may 2006 Dövlətlərarası "Mir" teleradio şirkətinin "Бриллиант содружества" (Birlik Brilyantı) müsabiqəsinin "Ən yaxşı mədəni və təhsil proqramı" nominasiyasının laureatı — 2006-cı il dekabr "Tərəqqi" medalı — 2 oktyabr 2023

Filmoqrafiya Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan "Əsrlər, Nəsillər" layihəsi çərçivəsində "Fortis Construction"ın sponsorluğu ilə çəkilmiş sənədli filmlər:

Посвящение Баку. Чёрный Город (2020) Посвящение Баку. Павел Потоцкий (2020) Куcaрская Баллада (Кусары, Азербайджан, документальный фильм) (2020) Посвящение Баку. Баилов Мыс (2020) Посвящение Баку. Балаханская летопись (2020) Посвящение Баку. Таинственный Сабаильский замок (2020) Посвящение Баку. Мечеть Биби-Эйбат (2020) Наши немцы. Летопись азербайджанских швабов (2020) Посвящение Баку. Амирджан: История мечетей (2020) Кавказский Иерусалим в Азербайджане (2021) Южнокавказская геральдика (документальный фильм) (2021) "Али и Нино". Долгая дорога домой (2022) Our Germans. Chronicle of Azerbaijani Swabians (2022) Азербайджaнская Эривань (2024)

İstinadlar

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı məşhur tədqiqatçı Fuad Axundovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan televiziya işçiləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları