Bakıt Erqeşeviç Torobayev (, ; ) — Qırğızıstan siyasətçisi, Qırğızıstan Ali Məclisinin deputatı və Önüqüü-Proqress partiyasının qurucusu və sədri.
Müxtəlif təşkilati rollarda fəaliyyət göstərdikdən sonra, 2007-ci il Qırğızıstan parlament seçkiləri zamanı Torobayev Qurmanbek Bakıyevin Ak Jol partiyasına qoşulmuş və ölkənin Ali Məclisinin Deputatı seçilmişdir. 2010 Qırğızıstan qiyamının nəticəsində Bakıyev vəzifədən azad edilmiş, Torobayev isə Qırğızıstanın Respublika Partiyasına qoşulmuşdur. O, partiyanın sədri Ömürbek Babanovla münaqişəyə girmiş, partiyanı tərk etmiş və daha sonra Önüqüü-Proqress partiyası qurmuşdur.
Torobayev 2017-ci il Qırğızıstan prezident seçkiləri zamanı 13 namizəddən biri idi, ancaq o və daha iki namizəd seçkilər başlamazdan əvvəl namizədliklərindən imtina etmişdir.
Həyatı Bakıt Erqeşeviç Torobayev 5 aprel 1973-cü ildə SSRİ respublikası olan Qırğızıstan SSR-nin (hal-hazırkı Qırğızıstan Respublikası) cənub-qərbində yerləşən Cəlalabad şəhərində anadan olmuşdur. Torobayev 1995-ci ildə Qazaxıstan-əsaslı neft məhsullarının satışı və yanacaqdoldurma məntəqələrinin tikintisi üzrə ixtisaslaşan istehsal və kommersiya şirkəti olan "Jamliya i K"-nin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 1998–1999-cu illərdə "Asiya-Suzak" adlı bir fermanın sədri olaraq fəaliyyət göstərmişdir.
Torobayev 1999-cu ildə Qırğızıstan Dövlət Milli Universitetinin iqtisadiyyat fakültəsindən maliyyə və kredit dərəcəsi ilə məzun olmuşdur. 2000–2009-cu illərdə o, "Mariam" adlı un zavodunun baş icraçı direktoru olaraq fəaliyyət göstərmişdir.
Bakıt Torobayev hal-hazırka evlidir və 5 övladı var. Onun iki qardaşı var. İqtisadi Cinayətlərə Qarşı Mübarizə üzrə Dövlət Xidmətinin baş icraçı direktorunun sədri olaraq fəliyyət göstərən Əskərəli və Respublika Sahibkarlar İttifaqının dəyirmançılar assossiyasının rəhbəri olaraq fəaliyyət göstərən Batır.
Siyasi karyerası Torobayev 2007-ci il Qırğızıstan parlament seçkiləri zamanı Qurmanbek Bakıyevin Ak Jol partiyasına qoşulmuş və ölkənin Ali Məclisinin deputatı seçilmişdir. 15 dekabr 2009-cu ildən 2010-cu ilə qədər o, Fövqəladə Hallar Naziri olaraq fəaliyyət göstərmişdir. Bakiyevin 2010-cu il Qırğızıstan qiyamında devrilməsindən sonra Torobayev Ömürbek Babanovun rəhbərlik etdiyi Qırğızıstanın Respublika Partiyasına qoşulmuşdur. Lakin, Torobayev və Babanov tez-tez münaqişəyə girmişdir, bu isə Torobayevin Respublika Partiyasının tərk etməsi və Önüqüü-Proqress partiyasını yaratmasına səbəb olmuşdur.
2016-cı ildə Bakıt Torobayev və Kanat İsayev Ali Məclisin spikerliyi üçün namizəd olmuşdur. Namizədlərin hər ikisi də spiker seçilmək üçün yetərli səs ala bilməmişdir.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə siyasətçilər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Qırğızıstan siyasətçiləri Kateqoriya:Qırğızıstanın fövqəladə hallar nazirləri Kateqoriya:Qırğızıstan Ali Məclisinin deputatları Kateqoriya:1973-cü ildə doğulanlar Kateqoriya:5 apreldə doğulanlar