Flora pavilyonu () — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.
1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir.Bautier 1995, pp. 129, 224; Aulanier 1971, pp. 85–86, Fig. 61. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir.Aulanier 1971, pp. 91–93. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir.
Yerləşməsi
Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində () yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Tarixi IV Henrix və böyük dizayn
Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi. Əvvəlcə Luvr sarayının cənubunda Sena çayı boyunca uzanan Kiçik qalereya () Böyük qalereya () ilə birləşdirilir. Daha sonra qanad şərqdən qərbə doğru Sena çayı boyunca uzadılaraq Tüliri sarayına kimi çatdırılır və burada o zaman Çay pavilyonu () adlandırılan Flora pavilyonu ilə tamamlanır.Aulanier 1971, p. 8. Pavilyonun təməl daşı 1607-ci ildə qoyulur.Ballon 1991, p. 36. Onun ilkin dizaynı ənənəvi olaraq Böyük qalereyanın qərb hissəsini dizaynın işləmiş (Böyük qalereyanın şərq hissəsinin dizaynı adətən Lui Metezoya aid edilir) memar Jak Andrue Dusersauya aid edilir.Ballon 1991, pp. 39–44.
Tüliri sarayı cənubda Bullan pavilyonundan Flora pavilyonuna kimi Tüliri sarayının Kiçik qalereyası vasitəsiylə genişləndirilmişdir. 1610-cu ildə IV Henrixin öldürülməsindən sonra Böyük dizayn layihəsi tərk edilmişdir. Lakin, o zamana (XIX əsrdə Rivoli küçəsi boyunca qərbdən şərqə istiqamətdə Böyük qalereyaya uyğun Uzun qalereya inşa edilərək, Tüliri sarayının şimal qurtaracağındakı Marsan pavilyonu və Luvr sarayının genişləndirilmiş hissəsi birləşdirilmiş, beləliklə də IV Henrixin Böyül dizayn planı tamamlanmışdır ) kimi Böyük qalereya, Tüliri sarayının Kiçik qalereyası və Çay pavilyonunun inşası tamamlanmışdı.
XIV Lüdovik
1669-cu ilin fevralında Tüliri sarayının ehtimal ki Balet zalında () kral XIV Ledovik İsaak de Benseradın “Flora kral baleti”ndə () oynamışdır. Ehtimal edilir ki, məhz həmin zaman pabilyon ilk dəfə Flora pavilyonu () adlandırılmışdır. Bu adın ilk dəfə yazılı qeydi isə 1726-cı ilə aiddir.Aulanier 1971, pp. 19–20. Dövrümüzdə Flora pavilyonu ilə yanaşı digər adlar da istifadə olunmaqdadır.
XVI Lüdovik
1789–1792-ci illərdə Fransa kral sarayının Tüliridə yerləşdiyi zaman Flora pavilyonunun birinci mərtəbəsində şahzadə Madam de Lambalın otaqları, onun yanında Tüliri sarayının əsas binasının birinci mərtəbəsində Mariya Antuanettanın otaqları, Flora pavilyonunun ikinci mərtəbəsində isə şahzadə Fransalı Yelizavetanın otaqları yerləşmişdir.Hardy, B. C. (Blanche Christabel), The Princesse de Lamballe; a biography, 1908, Project Gutenberg
Böyük Fransa inqilabı
Böyük Fransa inqilabı zamanı Flora pavilyonunun adı dəyişdirilərək Bərbərlik pavilyonu () adlandırılmışdır. Yeni adı altında pavilyon bir neçə inqilab komitələrinin toplanma yerinə çevrilmişdir. Digər komitələr və Milli Konventin toplatıları isə o zaman Xalq sarayı adlandırılan Tüliri sarayında keçirilirdi. Həmin dövrdə pavilyonda Maliyyə və Likvidasiya komitələri ilə yanaşı İctimai Təhlükəsizlik Komitəsi qərarlaşmışdı.
İctimai Təhlükəsizlik Komitəsi () İnqilab hökumətinin əsas və ən məşhur orqanı olmaqla, Terror dövründə Fransa hökümətinin de fakto icraçı qolunu təşkil edirdi. Maksimillian Robespyerin idarə etdiyi Yakobinçilərdən təşkil olunmuş onikilik təhqiqatlar, məhkəmə icraatı və edamları həyata keçirirdi. Komitə minlərlə insanın gilyotin vasitəsilə edamını həyata keçirmişdir. Edam edilmiş şəxslərin bədəni əsasən Mariya Antuanettanın Tüliri sarayının birinci mərtəbəsində yerləşən otaqları qarşısında asılsa da, həm də XVI Lüdovikin otaqlarından görünürdü. İcraçı komitə gündə iki dəfə toplanırdı, edamlar isə saray qarşısındakı bağda həyata keçirilirdi. Binanın komitə tərəfindən istifadə olunması aşağıdakı şəkildə təsvir olunur:
Birinci imperiya
Fransa imperatoru I Napoleonun taxta hazırlanması zamanı Roma Papası VII Piy Flora pavilyonunda yaşamışdır. Burada yaşadığı zaman Papa müxtəlif dövlət xadimləri, dini liderlər və təşkilat rəhbərlərini qəbul etmişdir. Bundan başqa İmperator Napoleonun tacqoyması şərəfinə təntənəli yürüş də Flora pavilyonundan başlamışdır.
right|240px|thumb|Heykəltəraş Jan-Batist Karponun imperator III Napoleonun sifarşi ilə hazırladığı və pavilyonun cənub fasadında yerləşdirilmiş "Floranın triumfu" () qabartması. İkinci imperiya
III Napoleonun hakimiyyəti dövründə pavilyon ciddi struktur dəyişikliklərinə məruz qalmış, 1861-ci ildə imperator, memar Hektor Lefuelin rəhbərliyi altında pavilyonun tamamilə sökülərək yenidən qurulmasına icazə vermişdir.Christ 1949, p. 107. 1864-1868-ci illərə həyata keçirilən yenidənqurma işləri zamanı binaya III Napoleon stilinə uyğun heykəl və qabartmalar əlavə edilmişdir. Bundan başqa III Napoleon, Jan-Batist Karpoya çiçəklər və baharı təmsil edən Roma ilahəsi Floraya həsr olunmuş heykəl yaradılmasını sifariş edir.
1871-ci ildə Tüliri sarayı Paris kommunası tərəfindən dağıdılana kimi Flora pavilyonu Luvr sarayı və Tüliri sarayını birləşdirən künc binası olmuşdur. 26 mart 1871-ci ildən 28 may 1871-ci ilə kimi ölkəni idarə edən on iki üzvdən ibarət Paris kommunası tərəfindən 23 may 1871-ci ildə törədilmiş yanğın Tüliri sarayına böyüz ziyan vurmuşdur.Christ 1949, p. 129.
Üçüncü respublika və sonrakı dövr
1882-ci ildə Tüliri sarayının xarabalıqları Üçüncü respublika tərəfindən sökülmüşdür. Flora və Marsan pavilyonları Tüliri sarayının dövrümüzə çatmış yeganə hissələridir.
Tüliri sarayının dağıdılması Luvr sarayı ilə Zəfər tağı arasında estetik əlaqəni pozmuşdur və indi iki tikili eyni ox üzərində yerləşmir. Tüliri sarayı Luvr sarayının, Konkord meydanı, Yelisey çölləri, Zəfər tağı və Böyük Defans tağı da daxil olmaqla yeddi kilometr uzanan tarixi oxdan (, həm də Zəfər yolu () adlandırılır) bir qədər (6.33°) kənara çıxamasını nəzərəçarpmaz edirdi.
İstinadlar
Ədəbiyyat Aulanier, Christiane (1971). Histoire du Palais et du Musée du Louvre: Le Pavillon de Flore. Paris: Éditions des Musées nationaux. Ballon, Hilary (1991). The Paris of Henri IV: Architecture and Urbanism. Cambridge, Massachusetts: The MIT Press. . Bautier, Genevieve Bresc (1995). The Louvre: An Architectural History. New York: The Vendome Press. . Christ, Yvan (1949). Le Louvre et les Tuileries : histoire architecturale d'un double palais. Paris: Éditions Tel.
Həmçinin bax Paris kommunası
Kateqoriya:1610-cu ildə tamamlanmış binalar və tikililər Kateqoriya:1868-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Luvr sarayı Kateqoriya:Parisdəki binalar və tikililər Kateqoriya:Böyük Fransa inqilabı