Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi, Əksinqilabla mübarizə təşkilatı ləğv edildikdən sonra yaradılan təşkilat.Ataxan Paşayev, Açılmamış səhifələrin izi ilə, Bakı,2001.
Yaradılması ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi.Elşad Qoca- Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları (1918–1920), Bakı, 2000 İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi.
Fəaliyyəti İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu.Elşad Qoca, Tariximiz, taleyimiz, Bakı, 2001
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları
Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları maddəsi.
İstinadlar
Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurumları