right|thumb|275px|Siyasi vəziyyəti təsvir edən Britaniya karikaturası: Şəkildə qadın ABŞ-ni, onu talamaq istəyən biri frigiya papağında olan beş fransız isə inqilabi Fransa Respublikasını təmsil edirlər. Sağda təsvir olumuş bir qrup şəxs digər Avropa dövlətlərinin nümayəndələrinə, təpənin başında oturub gülən Con Bull isə Böyük Britaniyaya işarədir.
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb.
1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir.
Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır.
right|thumb|200px|ABŞ diplomatik heyətinin başçısı Çarlz Koutsuort Pinkni Tarixi şərait 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir. Avropa dövlətləri Fransanı dəstəklədiyi halda Vaşinqtonun ABŞ-nin bitərəfliyini elan etməsi vəziyyəti çətinləşdirmişdi.Ferling, pp. 337–338 Fransa ilə ABŞ arasında yaranan gərginlik iki siyasi qruplaşmanın yaranmasına səbəb olur. Daha sərt mövqe tutan federalistlər müdafiə vasitələrini gücləndirməyi tələb etsələr də müharibə tərəfdarı deyildilər. Respublikaçılar isə fransız inqilabçılarının respublika ideyalarını dəstəkləyirdilər.Elkins and McKitrick, pp. 546–555 Diplomatik heyətin tərkibi 1797-ci il may ayının sonlarında Con Adams Fransa ilə münasibətlərin müzakirəsi və diplomatik heyətin seçilməsi üçün müşavirə çağırır. Adams Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerrinin namizədliyi təklif etsə də, müşavirə üzvləri Cerrinin seçilməsinə etiraz edirlər. Səbəb kimi isə onun qətiyyətli federalist olmadığını göstərirdilər.Cerrinin əvəzinə Fransiz Dana seçilir, lakin o, bu işdən imtina edir. Adams hökumət üzvləri ilə məsləhətləşmədən Amerikada iki ən qərəzsiz insandan biri (digəri özü idi) hesab etdiyi Elbric Cerrinin namizədliyini ABŞ senatına təqdim edir.Ferling, p. 345 Marşal Pinkniyə qoşulmaq üçün iyulun ortaları Avropaya gedir, bir neçə həftə sonra isə Cerri ABŞ-ni tərk edir.Elkins and McKitrick, p. 556 Diplomatların fərqli yanaşmaları danışıqlara cəhd zamanı ortaya çıxır. Çarlz Koutsuort Pinkni və Con Marşal fedralist olduqları və fransızlara inanmadıqları halda Elbric Cerri daha qərəzsiz və sakit mövqe nümayiş etdirirdi.Billias, p. 267 left|thumb|175px| Fransanın xarici işlər naziri Şarl Moris de Taleyran-Periqor Böyük Fransa İnqilabının ən böyük uğuru kimi 1792-ci ildə yaranan Fransa Respublikasını 1797-ci ilə qədər icraedici funksiyanı yerinə yetirən 5 üzvdən ibarət Direktoriya idarə edirdi.See Doyle, ch. 14 for details on the French Constitution of 1795. 1797-ci ilin iyulunda Şarl Moris de Taleyran-Periqor Fransanın Xarici İşlər Naziri təyin olunur.Stinchcombe (1977), pp. 593–594 Həyatının bir neçə ilini ABŞ-də keçirən Taleyranı ABŞ və Böyük Britaniya arasında yaranan sıx əlaqələr narahat edirdi. Direktoriya üzvləri və Taleyran Adamsı öz maraqlarına təhlükə kimi görsələr də, bu ziddiyyətin müharibəyə səbəb olacağını gözləmirdilər.Stinchcombe (1977), pp. 594–595
Oktyabrın əvvəlləri Parisə çatan diplomatik heyət dərhal Taleyranla görüşmək üçün müraciət edir. İlkin görüşdə Taleyran yalnız nümayəndələrin səlahiyyətlərini təsdiq edən sənədlərlə tanış olurStinchcombe (1977), pp. 596–597 və bir həftə sonraya ikinci görüş təyin olunur.
İlkin görüşlər right|thumb|175px|Elbric Cerri Əsas görüşdən əvvəl bir neçə qeyri-rəsmi kiçik görüşlər baş tutur. ABŞ tərəfindən idarə olunan holland bankının işçisi ingilis Nikolas Habard (ABŞ dövlət sənədlərinə onun şəxsiyyəti W hərfi ilə işarələnib) Çarlz Pinkniyə şərəfli insan kimi təsvir etdiyi baron Jan Konrad Hottinguer-in onunla görüşmək arzusunda olduğunu xəbər verir.Stinchcombe (1977), p. 597 Pinkni razılaşır və növbəti axşam onlar görüşür. Danışıqlar zamanı Hottinguer (X) fransız hökumətinə böyük məbləğdə borc və Taleyrana £50.000 rüşvət verilməsini tələb edir.Stinchcombe (1977), p. 598 Həmin dövrdə digər dövlətlərin nümayəndələrinin Taleyrana rüşvət verməli olduqları geniş yayılmış hal olsa daStinchcombe (1977), pp. 599, 602 , ABŞ diplomatik heyəti bundan imtina etdi. Daha sonra Hottinguer onları Taleyranın yaxın çevrəsindən olan Pier Belamy (Y) ilə tanış edir.Stinchcombe (1977), p. 599 Belamy Taleyranın görüş şərtlərini izah edir və diplomatik nümayəndələrin böyük məbləğdə pul ödəməli olduqlarının vacibliyini vurğulayır, lakin istəyinə çata bilmir. left|thumb|175px|Jan Konrad Hottinguer Vəziyyətin mürəkkəbləşdiyini görən Taleyran Elbric Cerri ilə görüşmək üçün Lusien Hautevalı (Z) göndərir.Onlar bir-birlərini 1792-ci ildə Bostonda keçirilən görüşdən tanıyırdılar. Hauteval Cerrini inandırırdı ki, Taleyran sülh tərəfdarıdır, tələb olunan isə yalnız borc və rüşvəti verməkdir.
Bir həftə sonra Hottinguer və Belamy ABŞ diplomatları ilə yenidən görüşərək əvvəlki şərtləri irəli sürür, qəbul edilməyəcəyi halda isə ABŞ-ni Avropa dövlətləri ilə sülh münasibətlərini yenicə bərpa edən Fransa ordusunun hücumu ilə hədələyirdilər. Bu zaman Pinkni öz məşhur cavabını verir: “Yox, yox, heç altı penni də yox!”Stinchcombe (1977), p. 600 Noyabrın 1-i diplomatik heyət qeyri-rəsmi yolla baş tutan bütün danışıqları rədd edir. Bu uğursuz görüş sonralar ABŞ-də siyasi müzakirə mövzusuna çevrilir.
Sonrakı danışıqlar Bir neçə aydan sonra Taleyran yenidən diplomatlarla görüşmək və onlara təsir etmək üçün nümayəndələr göndərir. Cerri Hautevala onun rəsmi səlahiyyəti olmadığı üçün daha görüşmək istəmədiklərini bildirir. Bunu görən Taleyran 1797-ci ilin noyabrında diplomatlarla nahar yeməyi zamanı görüşür və onların rüşvət verməkdən imtina etmələrini tənqid edir.Stinchcombe (1977), p. 601
Noyabrın sonları Taleyran digər iki diplomatdan xəbərsiz Cerri ilə danışıqlara başlayır. Münaqişəni dinc yolla həll etmək istəyən Cerri Taleyranın yemək dəvətində iştirak etməyi planlaşdırır. Lakin Pinkni və Marşal Cerriyə inamsızlıq nümayiş etdirirlər və məsələ daha da mürəkkəbləşir. Diplomatlar Taleyranın vasitəçiləri ilə istənilən şəxsi görüşmələri rədd edirlər.Stinchcombe (1977), pp. 599–601 right|thumb|175px|Con Marşal Tədricən diplomatik heyət iki qrupa ayrılır: Federalistlər Pinkni və Marşal danışıqların əleyhinə çıxsa da, Cerri davam etdirməyin tərəfdarı olur. Bu fikir ayrılığından Taleyran da xəbərdar olur.
Martda diplomatlar Taleyranla qeyri-rəsmi olaraq yenidən görüşürlər, lakin vəziyyətin çıxılmaz olduğu hər iki tərəfə məlum idi.Stinchcombe (1977), p. 611 Danışıqların təkcə Cerri ilə aparıladığını görən Pinkni və Marşal apreldə Fransanı tərk edirlər.Stinchcombe (1977), pp. 612–613Billias, p. 280 Cerri də digərləri ilə həmrəy olsa da Taleyranın onun Fransadan gedəcəyi halda Direktoriyanın ABŞ-yə müharibə elan edəcəyi hədəsindən sonra qalmalı olur. Cerri müharibənin başlanması təhlükəsini real saymırdı. Belə ki, o, ABŞ-nin Hollandiyadakı səfiri Uilyam Vans Murreyə yazdığı məktubda göstərirdi ki, ağılsızlıqdan başqa heç bir şey Fransanı müharibə başlatmağa vadar edə bilməz.Billias, p. 281
Cerri Taleyranla sonrakı danışıqları qətiyyətlə rədd edir, özünün səlahiyyətli başqa şəxslə əvəz olunmasını və Parisi tərk edərkən təhlükəsizlik tədbirlərinin görülməsini Adamsdan xahiş edir.Billias, p. 282 Taleyran Haaqaya Uilyam Vans Murrey və Elbric Cerri ilə yenidən danışıqlar aparmaq üçün nümayəndələr göndərir, lakin Cerri 1798-ci ilin oktyabrında ABŞ-yə qayıdır.Stinchcombe (1977), p. 616
ABŞ-nin siyasi mövqeyi left|thumb|175px|Uilyam Vans Murrey ABŞ diplomatları Avropada olarkən Adams danışıqların səmərə vermədiyi hallarda mümkün seçimləri müqayisə edirdi. Dövlət məmurları əsgərlərin sayının artırılması ilə ordunun gücləndirilməsini, yeni gəmilərin inşa edilməsini təklif edirlər. Diplomatik heyətin uğursuzluğu tezliklə Konqresə məlum olur, lakin Adams müharibə təhlükəsini alovlandırmamaq üçün rüşvətin tələb edilməsini gizlədir.Bu məsələyə münasibətlə bağlı hökumət 2 qrupa ayrılır: general Çarlz Li və dövlət katibi Timoti Pikerinq müharibə elan edilməsinin əleyhinə çıxırlar.Ferling, p. 353 Demokratik-Respublikaçılar Adamsı Fransanın mövqeyini şişirtməkdə təqsirləndirir, onun müharibə tərəfdarı olması fikrini irəli sürürlər.
Münaqişələrin hökm sürdüyü bir dövrdə Konqres 12 friqatın birləşməsi əmrini verir və digər döyüş hazırlıqlarına başlayır. 1798-ci il iyulun 7-də Konqres Müttəfiqlik Sazişini (1778) ləğv edir və iki gündən sonra fransız döyüş gəmilərinə hücum əmri verilir.Wells, p. 742
Fransanın siyasi mövqeyi Hadisələrin belə cərəyan etdiyini görən Direktoriya dərhal danışıqlarda rolunun müəyyənləşdirilməsi məqsədilə Taleyranı çağırır. O, adları Cerrininin köməyi ilə aşkar olan bütün qeyri-rəsmi vasitəçilərlə olan əlaqələrini inkar edir.Billias, p. 283
İki dövlət arasında gərgin vəziyyət və Kvazi Müharibənin başlamasından sonra Taleyran başa düşür ki, o, ABŞ diplomatları ilə münasibətdə səhvə yol verib. Cavab olaraq Taleyran Uilyam Vans Murrey vasitəsilə danışıqlar aparmaq üçün yeni nümayəndələrin göndərilməsini Adamsa təklif edir. Nəticədə 1800-cü ilin sentyabrında Mortefontaine sülh müqaviləsi imzalanır.Smith, p. 130 Fransa tərəfindən nümayəndə kimi 1799-cu ilin noyabrında 18 brümer çevrilişindən sonra Direktoriya üzərində hakimiyyəti ələ keçirən Napoleon Bonapart, ABŞ tərəfindən artıq dövlət katibi olmuş Con Marşal çıxış edirdi. Müqavilə 1801-ci ilin sentyabrında ABŞ Senatı tərəfindən ratifikasiya olunur.Lyon, pp. 325–333
Maraqlı faktlar 2002-2009-cu illərdə Bruklində XYZ işi adlı amerikan indi-rok qrupu fəaliyyət göstərib.
İstinadlar
Mənbə Elşən Bayramzadə "Amerika Prezidentləri" ISBN 978-9952-812-57-2
Xarici keçidlər Transcript of Adams speech on the release of the XYZ papers "The XYZ Affair and the Quasi-War with France, 1798–1800", U.S. Department of State, Office of the Historian
Kateqoriya:Fransa tarixi Kateqoriya:ABŞ tarixi Kateqoriya:Diplomatik insidentlər Kateqoriya:ABŞ-nin xarici əlaqələri tarixi