Hüseyn bəy İsrafilbəyov () — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi.

Həyatı 1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir.İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013

Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur.Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014 Mikayıl bəy İsrafilbəyovun atasıdır.

Fəaliyyəti 1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.

Mükafatları 1873-cü ildə III dərəcəli Müqəddəs Stanislav ordeni, 1879-cu ildə III dərəcəli Müqəddəs Anna ordeni, Qılınclı və bantlı IV dərəcəli Müqəddəs Vladimir ordeni ilətəltif olunmuşdur

İstinadlar

Kateqoriya:Gəncə Şəhər Dumasının üzvləri