Andrey Lvoviç Abrikosov () — sovet rus kino və teatr aktyoru. Birinci dərəcəli Stalin mükafatı laureatı. SSRİ xalq artisti (1968).

Həyatı Andrey Abrikosov 14 noyabr (dig'ər mənbəyə görə 27 noyabr) 1906-cı ildə Simferopol şəhərində aqronom ailəsində anadan olmuşdur. Erkən gəncliyi vaxtı vətəndaş müharibəsi illərində Rusiyanın cənubunda sərgərdan həyat keçirmişdir.

1924-cü ildə "Oktyabr İnqilabında həlak olanların xatirəsinə tikilmiş məktəbi" bitirmişdir. 1925-ci ildə Moskvaya dönmüş, bir müddət "Stroy radio" artelində işləmişdir. Paytaxtda Aleksandra Xoxlovanın kinematoqrafiya studiyasını bitirdikdən sonra tezliklə Konstantin Stanislavskinin bacısı Zinaida Sokolovanın yanına göndərilir.

1926–1929-cu illərdə Kiçik teatrın teatr-studiyası ilə əməkdaşlıq etmişdir. 1930-cu ildə çəkilmiş "Sakit Don" filmində oynadığı ilk rolu olan Qriqori Melehova rolu ilə aktyor fəaliyyətinə başlamışdır. Bu film 1931-ci ildə ekranlarda geniş şöhrət qazanmışdır. 1929–1930-cu illərdə "Soyuzkino" (indiki Mosfilm) kinostudiyasında aktyor olmuşdur.

1938-ci ildən Yevgeni Vaxtanq adına Moskva teatrında aktyor olmuşdur. 1953–1959-cu illərdə həmin teatrın direktoru olmuşdur.

SSRİ Kinematoqrafçılar İttifaqının və Sov. İKP-nın (1950-ci ildən) üzvü olmuşdur.

Andrey Lvoviç Abrikosov 21 oktyabr (bir mənbəyə görə 19, digər mənbəyə görə 21 oktyabr) 1973-cü ildə Moskvada vəfat etmiş, Novodeviçiya qəbiristanlığında dəfn olunmuşdur.

Mükafat və adları RSFSR əməkdar artisti (1946); RSFSR xalq artisti (1952); SSRİ xalq artisti (1968); Birinci dərəcəli Stalin mükafatı (1941); 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni (01.02.1939; 1946); "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1946); "Moskvanın 800 illik xatirəsinə" medalı (1948); "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970)

Filmoqrafiya Aleksandr Nevski (film, 1938) İlya Muromets (film, 1956) Karamazov qardaşları (film, 1968) Ruslan və Lyudmila (film, 1972)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Rusiya teatr aktyorları