Korqazak () — mirneral mənbə, bulaq, Yuryuzan çayının sağ qolu. Mənbə Karatau silsiləsindən başlayır. Başqırdıstan Respublikası, Salavat rayonu, "Yanqantau" istirahət düşərgəsindən 3 km cənubda, Komsomol kəndi yaxınlığında yerləşir. Mənbə respublika əhəmiyyətli "Yanqantau" yasaqlığı ərazisindədir (1980). Mənbənin ətarf əraziləri Yanqantau kurortunun 1-ci sanitar zonasına daxil olan şam-ağcaqayın ağacları ilə örtülmüşdür.

Adı Adının mənası başqırd dilində ҡор (ədəbi dildə ҡур) — "güc", "qüvvət" və qədim başqırdca ғаҙаҡ — "çay"Хисамитдинова Ф. Г., Сиразитдинов З. А. и др. Русско-башкирский словарь водных объектов Республики Башкортостан. Уфа, 2005.. Digər fərziyəyə görə is ҡор (ҡоро) — "quru", "quruyan və qədimbaşqırdca ғаҙаҡ — "çay"Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.129. anlamını daşıyır

Özəllikləri Debit — 100–125 l/san. Bir neçə güclü qrifon şəklində yüksələn mənbə tektonik zəifləmiş zona boyunca 600–800 metr dərinlikdən yerin səthinə gəlir və əsas ion kompozisiyası "Naftusya" kimi sulara yaxındır. "Hidrokarbonat maqnezium-kalsium" suyuna daxildir. İstənilən vaxt suyunun temperatur sabit qalır (+ 16 ° ± 0,5 °C).

Kimyavi tərkib Alkalin reaksiya — рН 7,3.

Minerallaşma — 0,6 q/l. + Kimyavi tərkib (mq/dm³) HCO3-84 — 87 Ca2+ 57 — 60 Mg2+ 34

Su hidrokarbonatlı, maqnezium-kalsium, həmçinin aktiv trivalent arsenik turşulu tərkibə sahibdir (3,9 mq/l).

Suyun şəfaverici təsirini bioloji cəhətdən aktiv mikroelementlər və üzvi maddələr artırır: bitumlu maddələr — 1,5–4,5 mq/l, naften turşuları — 0,1 mq/l. Mənbədən birbaşa alınan suda radonun tərkibi — 13,8–17,6.

Terapevtik istifadə üçün göstərişlər xroniki qastrit mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri kolit və enterokolit qaraciyər və öd yolları xəstəlikləri pankeritlər maddələr mübadiləsi və d.

Şəkillər

İstinadlar

Mənbə Məqalə Başkordostan: Qısa ensiklopediya Справочная статья. Минеральный источник Кургазак. Сайт "Весь Южный Урал" Источник Кургазак на карте. Фотоотчет

Kateqoriya:Başqırdıstan çayları Kateqoriya:Başqırdıstanın təbiət abidələri Kateqoriya:Kateqoriya BTMİ III