Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.

Mahnı haqqında Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.

Mahnı sözləri Nəğmə susdu dodaqlarda, Dilə gəldi tüfənglər. Mənim atam uzaqlarda Cəbhələrdə bir əsgər. Anamızın laylaları, Nənnilər də pozuldu. Arzuladıq ilk baharı, İstəyimiz yad oldu. Sən, ey uşaqlıq, Sən bizdən uzaq düşdün artıq. De, səni yellər apardı, Ya soyuq əllər apardı? Görmədik biz gül dəstəsi, Görmədik biz oyuncaq. Ata səsi, ana səsi Eşitmədik doyunca. Öz qoynuna aldı bizi Bu buruqlar şəhəri. Yarı böldük tikəmizi, Gözlədik al səhəri. Sən, ey uşaqlıq, Sən bizdən uzaq düşdün artıq. De, səni yellər apardı, Ya soyuq əllər apardı?

Həmçinin bax National Pearls

İstinadlar

Kateqoriya:Qara Dərvişin mahnıları