thumb|Jön türklər: Yaşasın vətən ! Yaşasın millət ! Yaşasın hürriyət !Gənc türklər () — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır.Ozan Örmeci (Eylül-Aralık, 2010). "Sovyet Gözüyle Jöntürkler". Öner Gürcan. 22 Şubat 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 7 Şubat 2014.Findley, Carter V. Dünya Tarihinde Türkler. 3. Baskı, Timaş Yayınları Etimologiyası İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir.M. Şükrü Hanioğlu, “Jön Türkler” C. 23, (Diyanet Vakfı Yayınları, Birinci Baskı), İstanbul 2001, s.584. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır. Tarixi thumb|Osmanlı müxalifətinin ilk konqresi, 1902-ci il, Paris. Bəhs edilən Osmanlı dövründəki bu Jön türk qrupu kimi olan müxalif qüvvələrə hər dövrdə buna bənzər adlar verilmişdir. Hər yenilikçi kəsimə "Gənc türklər, Gənc Osmanlılar, Jön türklər" kimi adlar verilmişdir. Xüsusilə 1800-cü illərdən sonra bu axımlar gücləndiyi üçün bu terminlərə tez-tez rast gəlinir. Məsələn, 1890-ci ildə Corc Badis adlı bir şəxs sarayı Gənc Türkiyə adında Qanun-i Əsasi (Konstitutsiya) tərəfdarlarını ətrafında toplaya biləcək bir qəzət qurmaqla təhdid etmişdi. Jön türklərin ideologiyasına baxıldığında, onların düşüncələrinin Fransadakı burjuaziya təbəqəsinin düşüncələri ilə yaxın olduğu açıqca hiss olunur. Necə ki Fransada burjuaziya gücünü artırdıqdan sonra idarəçiliyə səsini eşitdirmək üçün siyasi bir çəkişmənin içinə girdisə, eyni formada Jön türklər olaraq adlanan şəxslər də Avropadakı yeniliklərdən təsirlənib ziyalı təbəqənin dəstəyi ilə rəhbərlikdəki şəxslərə qarşı oxşar bir mübarizəyə girmişdir. Bu mübarizə qanlı vətəndaş müharibəsindən çox ədəbi yazılarla bir təbəqəni savadlandırıb, formalaşdırma formasında olmuşdur. Jön türk adlandırılan şəxslərin tək ortaq məqsədi sultanlıq idarəçiliyinin altında bir də seçkili məclisin olması idi. Heç bir zaman sultanlığı ləğv edib, respublika quruluşunun yaradılmasını istəməyiblər. Qarşı olduqları vəziyyət II Əbdülhəmid idarəçiliyinin istibdat quruluşu idi. Təzyiq və şiddət şəraitinin hakim olduğu struktura seçkili məclis əlavə olunarsa, vəziyyətin yaxşılaşacağına inanırdılar. Jön türklər cəmiyyətinə 2000-ə qədər üzv olduğu təxmin edilir. Bu adlar siyasi ortamdan dolayı Osmanlıda çox da yaşamamış və həyatlarının çoxunu Avropada ya da Misirdə sürgün həyatı olaraq keçirmişlər. Bu cəmiyyətdə irəli çıxan, diqqət çəkməkdə olan adlar bunlardır: Abdullah Cövdət, Əbdürrəhman Bədirxan, Əhməd Rza, Əhməd Fazlı, Əhməd Feriq, Əhməd Kamal, Əhməd Lütfüllah, Əhməd Niyazi, Əhməd Saib, Əli Fəxri, Əli Fəhmi, Əli Heydər, Əli Şövkəti, Bahəddin Şakir, Dərviş Hüma, Əthəm Ruhi, Emir Şəkib Arslan, Xəlil Canəm, hüseyn Tosun, Xosrov Sami, Hüseynzadə Əli, İbrahim Temo, İshaq Süküti, ismail Canbulat, İsmayıl Ənvər bəy, İsmayıl Kamal, Mahmüel Cəlaləddin paşa, Mahir Səid, Mehmed Əli Həlim Paşa, Hacı İbrahim Paşazadə Həmdi, Tarsusizadə Münih, Tunalı Hilmi, Yusif Akçura. thumb|Sultana qarşı mitinq, 1908.
Gənc türklər öz başlanğıcını Böyük Fransa inqilabının təsiri ilə Türkiyədə meydana çıxan Tenzimat hərəkatından götürmüşdür.
Avropadakı burjua hərəkatı ilə tanış olan türk ziyalıları və tələbə gənclər Türkiyədə də konstitusiyalı quruluşa keçilməsini zəruri hesab edirdilər. Onlar 1865-ci ildə «Yeni osmanlılar cemiyyeti» yaratdılar. Onun yaradıcıları görkəmli edib olan İbrahim Sinasi və yazıçı-dramaturq Namiq Kamal olmuşdu. Lakin tezliklə «Yeni osmanlılar» cəmiyyətinin fəaliyyətinə son qoyuldu. Təşkilatın bir çox üzvləri həbs edildi, qalanları isə xaricə getməyə məcbur oldular.
1871-ci ildə onlar mühacirətdən ölkəyə qayıtmağa dəvət olundular. «Yeni osmanlılar» cəmiyyəti yenidən fəaliyyətə başladı. 1871-ci ilin mayında onlar Sultan sarayı qarşısında 40 minlik mitinq təşkil etdilər. Xalqın coşmaqda olan qəzəbindən qorxuya düşən hakim dairələr 1876-cı il mayın 30-da saray çevrilişi etdilər. Sultan Əbdüləzizin yerini V Murad, sonra isə II Əbdülhəmid tutdu. O, «Yeni osmanlılar»ın liderlərindən biri olan Midhət Paşanı baş vəzir təyin etdi. Ona Konstitusiya layihəsi hazırlamaq tapşırıldı. Sultan II Əbdülhəmid Midhət Paşanın hazırladığı Konstitusiya layihəsini qəbul etməyə razılıq verdi. Bu Konstitusiyaya görə Türkiyə konstitusiyalı monarxiya elan edilirdi.
Konstitusiyaya görə İmperiya ərazisində yaşayan bütün əhali osmanlı adlanır, əhalinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabər idilər.
Öz qəddarlığı ilə çox məşhur olan II Əbdülhəmid rejimi şəraitində Konstitusiyanın icrası qeyri mümkün idi. Konstitusiya qəbul edildikdən bir az sonra, 1877-ci ilin fevralında Midhət Paşa həbs olunub sürgünə göndərildi, 1883-cü ildə isə öldürüldü.
«Yeni osmanlılar»ın mütərəqqi addımları hədər getmədi. Onlardan sonrakı mütərəqqi ziyalılar Sultan ağalığına qarşı mübarizəni davam etdirdilər. 1889-cu ildə İstanbuldakı hərbi tibb məktəbinin bir qrup tələbəsi İbrahim Tema, Çərkəz Mehmet Rəşid, Abdulla Cövdət və İshaq Sükuti "İttihad və tərəqqi" adlı gizli cəmiyyət yaratdılar. Bu, Türkiyədə burjua-demokratik hərəkatın başlanğıcı hesab edilirdi. XIX əsrin 90-cı illərində xaricdə -Cenevrədə, Misirdə bu cəmiyyətin qrupları fəaliyyət göstərirdilər. "İttihad və tərəqqi" cəmiyyətinin üzvlərini və onun tərəfdarlarını «Gənc türklər» adlandırırdılar. Onlar 1876-ci il Midhət Paşa konstitusiyanın bərpasını tələb edirdilər. 1907-ci ilin sonlarında Parisdə "İttihad və tərəqqi" cəmiyyətinin və ona qoşulmuş təşkilatların birləşmiş qurultayı çağrıldı. Qurultay, mövcud rejimi silahlı üsyan yolu ilə devirmək və 1876-cı il konstitusiyanı bərpa etmək qərarını qəbul etdi,
«Gənc türklər» Rusiya və İngiltərənin Türkiyəni öz aralarında bölüşdürmək niyyətlərinin qarşısını almaq məqsədilə üsyana müəyyən olunmuş vaxtdan əvvəl başlamağı qərara aldılar, İlk çıxış Makedoniyanın Resne şəhərində başlandı, Şəhərin komendantı leytenant Niyazi bəy 1908-ci il iyulun 3-də üsyan bayrağı qaldıraraq, öz dəstəsi ilə dağlara çəkildi. İyulun 6-da Ənvər bəyin komandanlığı altında olan digər hərbi dəstə də üsyançılara qoşuldu. Üsyan Ədirnədəki hərbi hissələri də əhatə etdi, Hökumətin üsyançıları ram etmək səyləri boşa çıxdı. Əhali və bütün ordu üsyançılar tərəfinə keçdilər.
"İttihad və tərəqqi" cəmiyyətinin Mərkəzi Komitəsi 1908-ci il iyulun 23-də Makedoniyanın Solonik, Monastir və başqa iri şəhərlərində təşkil etdiyi izdihamlı mitinqdə konstitusiyanın bərpa edilməsi barədə uitimatum qəbul etdi: Sultana göndərilən ultimatumda bildirilirdi ki, əgər üç günə qədər konstitusiya bərpa olunmazsa, İstanbul üzərinə hərbi hücum təşkil olunacaqdır.
Vəziyyətin çıxılmaz olduğunu görən II Əbdülhəmid həmin gün 1876-ci il Konstitusiyasının bərpası və tezliklə parlament seçkiləri keçirilməsi barədə fərman imzaladı. Türkiyə konstitusiyalı monarxiya elan olundu. Bu hadisə Türkiyə tarixinə gənc türklər inqilabı və ya 23 iyul inqilabı kimi daxil olmuşdur.«Gənc türklər» öz təəssübkeşlərindən ibarət hökumət təşkil etdilər.l908-1909-ci illərdə bu hökumətlərə Səid Paşa, Kamil Paşa və Süleyman Paşa başçılıq etmişdilər,
1908-ci il noyabrın 2-də parlamentin ilk iclası çağırıldı, Parlamentə seçilmiş deputatların (250 nəfər) yarıdan çoxu (150 nəfəri) «Gənc türklər „dən idi.
“Gənc türklər»in hakimiyyəti uzun çəkmədi. II Əbdülhəmid ingilislərin himayə etdiyi "Əhrar (Liberallar) partiyası və ruhanilərin "İttihadı müsəlman " (Müsəlman cəmiyyəti) təşkilatı ilə birlikdə İstanbul hərbi qarnizonu komandanlığının köməyi ilə çevriliş edərək hakimiyyəti tamamilə öz əlində topladı. «Gənc türklər» İstanbulu tərk etməli oldular. Lakin çevriliş xalqın əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmadı.
«Gənc türklər» 1909-ci il aprelin 23-də Makedoniya ordusunu Mahmud Şövkət Paşanın komandanlığı altında İstanbul üzərinə yeritdilər. Sultan II Əbdülhəmid hakimiyyətdən kənarlaşdırıldı. Onun iradəsiz qardaşı V Mehmet Rəşad sultan elan edildi. Bu da, «Gənc türklər» inqilabının yarımçıqlığından, köklü inqilabı dəyişikliklər etmək Iqtidarında olmadığından xəbər verirdi. İtaliya-Türkiyə (1911-1912), Birinci (1912-1913) və İkinci (1913) Balkan müharibələri Türkiyədə daxili ziddiyyətləri daha da kəskinləşdirdi. Belə bir şəraitdə "İttihad və tərəqqi " partiyasının tərəfdarları 1913-ci il yanvarın 23-də hökumət sarayına hücum etdilər. Dövlət çevrilişi etdilər.
1914-ci ilin əvvəlində «Gənc türklər» "üçlüyünün diktaturası quruldu". "Üçlüyə" hərbi nazir və ordu qərargah rəisi Ənvər Paşa, "İttihad və tərəqqi" partiyası Mərkəzi Komitəsinin sədri, Daxili İşlər Naziri Tələt Paşa və İstanbul şəhərinin valisi Camal Paşa daxil idi. İnqilabın yarımçıqlığına baxmayaraq «Gənc türklər»in hakimiyyəti dövründə ölkədə bir sıra mütərəqqi islahat və tədbirlər həyata keçirildi. 1914-ci ildə iqtisadı təslimçilik rejimi ləğv olundu. «Gənc türklər » hökuməti, ordunu yenidən qurmaq və iqtisadiyyatı inkişaf etdirmək sahəsində mühüm addımlar atdılar
Dövrün şərtləri Jön türklər cəmiyyəti üzvlərinin fikirlərinin formalaşmasında dövrün şərtləri də mühüm rol oynamışdır. Dövrün mühüm siyasi hadisələri belədir: Formal olaraq tabe olan Bolqarıstanın qurulması Makedoniyada həll edilə bilinməyən problemlər Yunan quldur dəstələrinin fəaliyyəti Ərəblərin siyasi baxımdan oyanışı Osmanlıdakı təhsil sisteminin bərbad vəziyyəti Mithət Paşa dövründə zəiflədilmiş din xadimlərinin əvvəlki güclərini bərpa etməsi Krit adasında tez-tez olan üsyanlar Ermənilərin muxtar dövlət qurma istəkləri və fəaliyyətləri II Əbdülhəmidin siyasi rejimi Bu siyasi qarışıqlıqlar içərisində Osmanlı dövlətinin çox pis sonluğa doğru getdiyi bilinirdi. Lakin bu sonluğu Osmanlı xalqı hiss etmirdi. Çünki Osmanlı xalqı deyilən ortaq bir anlayış yox idi. Bu torpaqlarda yaşayan xalq, din, dil, irq fərqi olaraq çox müxtəlif olduğundan bu siyasi vəziyyəti çox da hiss edə bilmirdilər. Xristian əhali öz dinlərindən olan dövlətin himayəsinə girməyi ya da öz dövlətini qurmağı planlayırdı. thumb|Müsəlman, rum, erməni liderlərinin konstitutsiya bəyannamələri
Osmanlıda mətbuat hərəkatları Osmanlı ziyalısını ortaya çıxaran qərbliləşmə fikri Osmanlı dövlətinin Tənzimat fərmanından bəri izləməyə çalışdığı siyasət idi. Osmanlı ziyalıları qərbi çox da bilmədikləri kimi sultanı da çox da tənqid etməzlərdi. Yenə də II Əbdülhəmid dövründə təsirli olan ziyalılar əvvəlkinə nisbətən daha irəli görüşlü idi. Bu dövrdə xaricdə olan ziyalılar Avropanı yaxından tanıma fürsəti tapmışdılar. II Əbdülhəmid rejiminə qarşı təşkilatlanmış və əsas məqsəd kimi isə konstitutsiyanın qəbulunu qəbul etmişdilər. Avropaya qaçan Jön türklər bu dövrdə bir çox qəzet və jurnal çıxardaraq, istibdat rejimini tənqid edirdilər. Yayınladıqları jurnal və qəzetlər müxtəlif yollarla Osmanlı imperiyasına gətirilirdi. Bu yayınlar 1900-cu illərdə daha da artmışdı. Bu səbəblə hökumət Jön Türklər ilə yayınlarını dayandırmaq üçün danışıqlara belə başlamış və bu vəziyyət çətin vəziyyətdə olan Jön türklərə sərf etmişdi.