Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısıAzərbaycanlı icra başçısının hər kəsin marağına səbəb olan həyatı (VİDEO, FOTO) . xeberle.com, 07.03.2018.
Həyatı Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur.
Təhsili 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir.
Karyerası 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır.
2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır.
2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur.
2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur.
2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur.
2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır.
2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur.
2013-cü ildə "Gürcü Arzusu" koalisiyasının Marneuli Seçki Qərargahının sədri olmuşdur.
2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olmuşdur.
2015–2017-ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri — Azərbaycan Respublikasında Polis Attaşesi olmuşdur.
İcra başçısı 2017-ci ildə böyük səs faizi ilə Marneuli rayonunun icra başçısı seçilmişdir. O, hakim Gürcü Arzusu Partiyasının namizədi kimi seçkilərə qatılmış və rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, 68,05 % səs toplamışdırTemur Abazov Marneuli meri seçilib . modern.az, 22.10.2017.
Dil biliyi Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir.
Ailəsi Ailəlidir, üç övladı var.
İstinadlar
Kateqoriya:Gürcüstan azərbaycanlıları