Toy () — İsrailin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.

Netta Barzilay "Toy" mahnısı ilə İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmiş və ölkəsinə müsabiqədəki dördüncü qələbəsini qazandırmışdır. Mahnı 2015 və 2016-cı illərdə İsrailin Avroviziya mahnılarını ərsəyə gətirən bəstəkar Doron Medali və eyni zamanda Stav Beqer tərəfindən bəstələnmişdir. Mahnının mətninin əsas hissəsi ingiliscə olsa da, eyni zamanda ivrit dilindən olan אני לא בובה (ani lo buba, "Mən oyuncaq deyiləm") və banknot yığınları anlamına gələn "stefa" sözcüyündən istifadə olunmuşdur. Ciddi satirik ismarıcların yer aldığı mahnıda qadın hüquqlarını tapdalayan və fərqliliyə qarşı dözümsüz davranan insanlar "toyuğa" bənzədilərək, məsxərəyə qoyulur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:İsrail Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:İsrailin Avroviziya mahnıları Kateqoriya:2018-ci ilin sinqlları Kateqoriya:2018-ci ilin mahnıları Kateqoriya:Debüt sinqlları