Aleksandr Düma () — Fransız yazıçı.

Həyat və yaradıcılığı Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.

İstinadlar Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransa dramaturqları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Dramlar