Martin Vögeli (9 iyul 1995) — Lixtenşteynli xizək yürüşçüsü. Martin Vögeli Lixtenşteyni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Martin Vögeli birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 30 km məsafəyə skiatlon yarışlarında iştirak etdi. Vögeli 1:26:08.2 saniyəlik nəticəsi ilə 68 atlet arasında 59-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında xizəkçilər