Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı.

Haqqında

Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb.

Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb.

1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib.

TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb.

Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.

Verilişləri İndiki Mənbə Ana Haber Günün Yorumu Batı Asya Sözün Gücü Çandname Perspektif Diyalog ve Uhuvvet Güne Başlarken Sesli Makale Fikr-i Hür Şifahane Üçüncü Göz Halka Sorduk Muharrem Özel Tebessüm Gündem Özel

Əvvəlki Hutbe Ajans

İstinadlar

Həmçinin bax

İnteraz TV Kanal 12 Qlobal TV

Xarici keçidlər

Kudüs TV — YouTube kanalı

Kateqoriya:Televiziya kanalları Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:2008-ci ildə yarananlar