Kayenna () — Fransa Qvianasının paytaxtı, Fransanın Cənubi Amerikada yerləşən dənizaşırı departamenti. Şəhər Atlantik okeanı sahilində, Kayenna çayının sahilində yerləşir. Şəhərin şüarı "fert aurum industria" adlanır ki, bu da tərcümədə "iş sərvət gətirir" deməkdir.
2015-ci il hesablamalarına görə Kayennanın metropolis ərazisində 131,922 nəfər yaşayır.
Coğrafiyası Kayenna Atlantik okeanı sahilində, Kayenna çayının estuarisində yerləşir. Kayenna adasının bir hissəsi də şəhər ərazisi hesab olunur. Şəhər Sen-Loran-du-Maroni kommunasından 268 km, Kuru kommunasından isə 64 km məsafədə yerləşir.
Bəzi şəhərlərə qədər olan məsafə: Paris: 7100 kilometr For-de-Frans (Martinikanın paytaxtı): 1500 kilometr Paramaribo (Surinamın paytaxtı): 342 kilometr şimal-qərbdə Makapa (Braziliyanın Amapa ştatının paytaxtı): 554 kilometr cənub-şərqdə
Həmçinin bax Fransa Dənizaşırı Bölgələr Birliyi Fransa Qvianası
İstinadlar
Xarici keçidlər
Şəhərin rəsmi veb-saytı
Kateqoriya:Cənubi Amerika dövlətlərinin paytaxtları Kateqoriya:Kayenna Kateqoriya:Fransa prefekturaları