Forsterit — mineral, olivin Mg2[SiO4]

Haqqında Forsterit — fayalit izomorf seriyasının 100–90% forsterit saxlayan sonuncu üzvü; az miqdarda Cr, Ni qatışıqları olur. Xüsusi çəkisi 3,2. Ultraəsasi süxurların mühüm komponenti. Həmçinin "çirkli" dolomitlərin termik və regional metamorfizmi zamanı əmələ gəlir; mərmər və ofikalsitlərdə, maqneziumlu skarnlarda tapılır.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Nesosilikatlar Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Rombik sinqoniya mineralları