Ələddin Mehman oğlu Məlikov () — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent.

Həyatı Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir.

Təhsili 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.

Fəaliyyəti Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyində çalışmışdır. Beynəlxalq "Bilik" tədris mərkəzində xarici dil müəllimi vəzifəsində tədris etmişdir. AMEA Şərqşünaslıq İnstitututunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin "Rəsmi yazışmalara nəzarət" şöbəsinin dil mütəxəssisi olmuşdur. AMEA Elm Tarixi İnstitutunun "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsinin aparıcı elmi işçisi və şöbə müdiri olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin köməkçisi olmuşdur. 25 sentyabr 2020 tarixində ictimai əsaslarla təsis edilən AMEA Rəyasət Heyətinin nəzdində "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin (VEFC) sədri seçilmişdir. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri olmuş və şöbənin struktur dəyişikliyində ixtisara düşməyi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi.. Həmçinin, hal-hazırda ali təhsil müəssisələrində pedaqoji fəaliyyətini müəllim olaraq davam etdirir.

Digər fəaliyyətləri Beynəlxalq elmi, fəlsəfi və interdisiplinar "Metafizika" jurnalının təsisçi və baş redaktoru.

"International Center for Developing Peace, Culture and Rationality" mərkəzinin elmi jurnalı olan "Comparative Studies of Human Rights Journal"ın redaksiya heyətinin üzvü.

"History of Science" jurnalının baş redaktoru.

Ölkədə və xaricdə müxtəlif universitetlər və institutlarda fəlsəfə, fəlsəfə tarixi, məntiq, epistemologiya, təsəvvüf, elmi tədqiqat metodları, dinlər tarixi, fars dili və ədəbiyyatı, şərq ədəbiyyatı tarixi, ərəb dili qramatikası, multikulturalizm və başqa fənnləri tədris etmişdir.

AMEA Rəyasət Heyətinin Təhsil şöbəsinin müdiri olmuş, şöbənin ixtisara düşməsi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətinin əsas göstəricisi olan "Din Araşdırmaları Jurnalı"nın redaksiya heyətinin üzvü.

Yaradıcılığı O universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir.

Kitablar

Məqalələr

İştirak etdiyi konfrans və simpoziumlar

Elmi əsərlərin ümumi təsnifatı İşin adı İşin növü Ümumi sayı WikiBooks Həmmüəllif Kitabları Kitab 15 Bax→ 2 Məqalələri Məqalə 110 Bax→ 5 Tezisləri Tezis 27 Bax→ 2

Təltif və mükafatları "Epistemologiya sahəsində tədqiqatlara görə Nəsirəddin Tusi" adına İİR-nın "elm mükafatı"na layiq görülmüşdür. "Əllamə Hilli" adına gənc alimlər üçün keçirilən Qnoseoloji araşdırmalar mükafatına layiq görülmüşdür. AMEA Rəyasət heyətinin 28 may- Respublika günü münasibətilə AMEA-nın gənc alimləri üçün elan etdiyi qrant- elmi müsabiqədə, "Epistemologiya" sahəsində əsərlərinə görə, müsabiqənin qalibi olmuşdur. Mediyada Altı vəzifə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti Ramiz Mehdiyevin elmi işlər üzrə köməkçisi olduğu vaxtda,Ramiz Mehdiyevin köməkçiləri kimlərdir?. Tarix: 05.07.2024 haqqında mətbuatda gerçək olmayan və reallığı əks etdirməyən xəbər nəşr edilib. Xəbərdə bildiilirdi: "əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur".Bir nəfər 6 vəzifə tutur. Tarix: 05.07.2024 Həmin zaman məhz verilən məlumatın Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması və bunun gerçək olması bir tərəfə qalsın mümkün olmaması barədə rəsmi cavablar mətbuatda öz əksini tapdı. Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası AMEA Şərqşünaslıq İnstitutu Azərbaycan Dövlət Tərcümə Mərkəzi AMEA Elm Tarixi İnstitutu Bakı Qızlar Universiteti Metafizika jurnalı

İstinadlar

Xarici keçidlər

Ələddin Məlikovun Beynəlxalq bilim insanları və akademik tədqiqatçılar saytındakı Rəsmi Vebsəhifəsi Ələddin Məlikovun Beynəlxalq bilim insanları və akademik tədqiqatçılar saytındakı Rəsmi Veb səhifəsi Ələddin Məlikovun Metafizika jurnalındakı Səhifəsi

Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan teoloqları Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Sufizm tədqiqatçıları Kateqoriya:Kulturoloqlar Kateqoriya:AMEA-nın alimləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Dinşünaslar Kateqoriya:XX əsr filosofları