Naoyaşi Şiotaninin rejissorluğu və Qen Urobuçinin ssenaristliyi ilə Production I.G studiyası tərəfindən istehsal olunmuş anime serialıdır. Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir.
Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV kanalının NoitaminA veriliş blokunda yayımlanmış və 22 seriya davam etmişdir. Toho 21 dekabr 2012-ci ildə seriyaları DVD və Blu-ray cildləri şəklində buraxmağa başlamışdır. Sonuncu cild 26 iyul 2013-cü ildə buraxılmışdır. Hər cildə CD saundtrekləri və vizual roman kimi əlavələr daxil edilmişdir. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmış və veb-saytında yayımlamışdır. Şimali Amerikada 11 mart 2014-cü ildə buraxmışdır. Böyük Britaniyada Manga Entertainment, Avstraliyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.
Anime serialı üçün iki açılış və iki bağlanış mahnısından istifadə olunmuşdur. İlk 11 seriyanın açılış mahnısı Ling Tosite Sigure qrupu tərəfindən ifa olunan "Abnormalize", bağlanış mahnısı isə Egoist qrupu tərəfindən ifa olunan mahnısı olmuşdur. Qalan seriyaların açılış mahnısı Nothing's Carved in Stone tərəfindən ifa olunan "Out of Control", bağlanış mahnısı isə Egoist tərəfindən ifa olunan "All Alone With You" mahnısıdır. __TOC__
Seriya siyahısı № Azərbaycanca başlıq Yaponca başlıq Rejissor Yayım tarixi
Ev buraxılışı Yaponiya buraxılışı + Toho Cild Seriyalar Bonus disk Buraxılış tarixi İst. 1 1, 2 Chimi Chara Psycho-Pass 1 21 dekabr 2012 2 3, 4, 5 Psycho-Pass Soundtrack CD Vol. 1 25 yanvar 2013 3 6, 7, 8 Chimi Chara Psycho-Pass 2-3 22 fevral 2013 4 9, 10, 11 Chimi Chara Psycho-Pass 4-5 22 mart 2013 5 12, 13 Psycho Pass Soundtrack CD Vol. 2 19 aprel 2013 6 14, 15, 16 Chimi Chara Psycho-Pass 6-7 24 may 2013 7 17, 18, 19 Chimi Chara Psycho-Pass 8-9 21 iyun 2013 8 20, 21, 22 Chimi Chara Psycho-Pass 10-12 26 iyul 2013
Şimali Amerika buraxılışı + Funimation Entertainment Cild Seriyalar Buraxılış tarixi İst. I mövsüm I hissə 1-11 11 mart 2014 I mövsüm II hissə 12-22 11 mart 2014
Avstraliya buraxılışı + Madman Entertainment Cild Seriyalar Buraxılış tarixi İst. Kolleksiya 1 1-11 21 may 2014 Kolleksiya 2 12-22 21 may 2014
İstinadlar
Kateqoriya:Psycho-Pass Kateqoriya:Anime seriyalarının siyahıları