Alvin Karl Plantinqa (; ) — Amerikalı məşhur epistemoloq və din filosofu.
Həyatı Miçiqan əyalətinin "Ann Arbor" regionunda 15 noyabr 1932-ci ildə dünyaya gəlmişdir. Atası Kornelius A. Plantinqa Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olmuşdur. Sonralar həm Mişiqan universitetində və Kalvin kollecində fəlsəfə müəllimi olmuşdur. Anası Letti Plantinqa Hollandiya əsillidir. Böyük vətən müharibəsi vaxtında ailəsi ilə birgə Amerikaya köçmüşdür. 1955-ci ildə Ketlin Deboer adlı xanımla ailə həyatı qurur. Onun dörd övladı olmuşdur. A. Plantinqa xristian dininə çox bağlıdır. O alpinistliyə çox meyil göstərir. Təbiəti sevir və ondan yararlanmağa çalışır. Ona görə İlahi nəfəs dağlarda daha çox özünü əks etdirir. O müasir və məşhur Amerikalı filosofdur. O analitik fəlsəfənin və müasir epistemologiyanın həm korifey həm də canlı nümayəndəsi sayılır. Epistemologiyada "Reformed Epistemology" yeni fəlsəfi cərəyanın yaradıcısı hesab edilir.Elm və Həyat Jurnalı, Alvin Plantinqa — XX əsrin analitik epistemoloqu, Ələddin Məlikov, No 2, (Say-465), 2018, səh 17
Fəaliyyəti A. Plantinqa 1949-cu ildə Ceymstaun Kollecinə qəbul olur. Daha sonra Kalvin Kollecini bitirir. 1954-cü ildə Miçiqan universitetinə daxil olur. Sonra Yale Universitetində Ph. D dərəcəsini alır. Daha sonra o, 1957-ci ildə Ueyn universitetinə yollanır. 1963-cü ildə Kalvin Kollecinə müəllim kimi qayıdır. 19 il bu kollecdə tədris və araşdırmadan sonra Notr-Dam universitetinə dəvət alır. Və hal-hazıradək orada elmi fəaliyyətinə məşğuldur.
Epistemologiya nədir və A. Plantinqanın epistemoloji baxışı hansıdır? O məntiq, fəlsəfə, din fəlsəfəsi, analitik fəlsəfə və epistemologiya sahəsində həqiqətən elmi dirçəliş yaratmışdır. O epistemologiya sahəsində islah edilmiş epistemologiya nəzəriyyəsini irəli sürmüş və "Reformed Epistemology" adlı elmi cərəyan yaratmışdır. Epistemologiyanın Avropada inkişaf etmiş formalarını, sensualizm evidentalism nəzəriyyələrini əsaslı tənqid etmiş və İslah olunmuş epistemologiya nəzəriyyəsini əsaslandıraraq isbat etmişdir. O epistemologiyada fundamentalizm nəzəriyyəsini qəbul edir. Filosof bir növ epistemoloji fundamentalizmi də qəbul etmişdir. Onun fəlsəfi düşüncələrinə nəzər saldıqda, deyə bilərik ki, o həqiqəti əldə etmək istəmiş, lakin predmetlərin əldə olunmasında rəngarəngliklə qarşılaşmışdır. Filosof inamla ağıl arasında həll oluna bilməyən ziddiyyətin olmadığına və onların bir- birlərini tamamladıqlarına inanır. Epistemologiya sözü yunanca "epistemo" bilik, məlumat, "logos" təlim sözlərinin birləşməsiylə yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfə qolu, biliyin nə olması ilə, onun necəliyi ilə maraqlanır. Epistemologiya fəlsəfəsi bizə elmi, dini, fəlsəfi, texniki, sənət biliklərinin fərqləndirilməsi baxımından da çox önəmlidir. Əsasən "bilik nədir və necə yaranır?", "biliyin növləri və onların arasındakı bənzərliklər və fərqlər nələrdir?", "biliyi əldə etməyin yolları hansılardır?", "bilik fəaliyyətləri nələrdir?", "biliyin qaynağı, problemi nədir?", "biliyin doğruluğu və gerçəkliklə bağlılığı nələrdir?", "tam mütləq biliyə çata bilərikmi?", "bilməyin məhdudluğu varmı?", "insan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?", "biliyin dəyəri nədir?" kimi bilmək aktıyla bağlı sualları cavablamağa və bu kimi problemləri həll etməyə çalışır. Fəlsəfənin bu qolu antik dönəmdən günümüzə qədər filosofların beynini məşğul etmişdir.
Həmçinin bax Lüdviq Vitgenşteyn Nikolas Volterstorf Din fəlsəfəsi
İstinadlar
Kateqoriya:XX əsr filosofları Kateqoriya:Epistemologiya Kateqoriya:Miçiqanda doğulanlar Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:ABŞ filosofları Kateqoriya:Metafiziklər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Analitik filosoflar Kateqoriya:Ateizmin tənqidçiləri Kateqoriya:Xristian filosoflar