Laləli saray bədii serialı rejissor Şahin Qəhrəman tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Hadisələr nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Şükufə Yusupova, Elşən Rüstəmov, Vaqif Əsədov, Məsumə Babayeva, Firdovsi Atakişiyev, Günel Məmmədova, Sevinc Əliyeva ifa edirlər.

Məzmun Gizli məhəbbətin doğurduğu fəlakətlər bir ailənin rahatlığını əlindən alır. Hadisələr inanılmaz məcrada davam edir. Şənlik yasa çevrilir, bir faciə digər faciənin yaşanmasına səbəb olur.

Film haqqında Yazıçı İlqar Fəhminin povesti əsasında çəkilib. Film həftə ərzində dörd dəfə ATV kanalında yayımlanır.

Filmin heyəti Ssenarist: Pərviz Seyidli, Çinarə Nüsrətli Prodüser: Yaşar Əhmədov Rejissor: Şahin Qəhrəman Operator: Aydın Şirinsifət Montaj: Rövşən Abbasov

Səs rejissoru: Nadir Mahmudov

Rollarda Şükufə Yusupova — Həcər Elşən Rüstəmov — Kamal Vaqif Əsədov — Səməndər Məsumə Babayeva — Sona Firdovsi Atakişiyev — Elxan Günel Məmmədova — Ülviyyə Zülfiyyə Məmmədova — Nigar Sevinc Əliyeva — Lalə Ruhiyyə Həsənova — Aygün Ülvi Həsənli — Kənan Sara Ağayeva — Elnarə Aytən Əlizadə — Gülnarə Emil Tağı — Azad Nərgiz Əliyeva (aktrisa) — Aydan Vüsal Murtuzəliyev — Orxan Anar Məmmədov — Nihad Toğrul Rza — Elşad

Təşəkkürlər Ramil Usubov Fikrət Məmmədov Oqtay Şirəliyev Etibar Qasımov Yusif Əliyev Namiq Qafarov Aydın Məmmədov Valeh Orucov Namiq Xudaverdiyev Ramil Qasımov Ramal Qasımov Fərhad Ağayev Fərid Mahmudzadə Kamil Babayev Kamran Ağayev Kəmalə Novruzova Namina Ağasızadə Lalə Həsənova Əli Məmmədov

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı 2017-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri