Meybel adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın dahəsi 55 km²-dir. Ada arxipelqın qərbində yerləşir.Bryus adasından 4 km cənub-şərqdə yerləşir. Bryus adasından Beyts boğazı ilə ayrılır. Bell adası ilə arasında 500 metrlik Eyr boğazı yerləşir. Təsviri Ada bütünlüklə bazaltdan ibarətdir. Onun maksimal hündürlüyü 356 metrdir. Onun cənub hissəsi buzdan azad bölgəyə sahibdir. Ada yumru formaya malikdir. Şimalında ucqar nöqtəsi Qubanov burnu, cənubunda isə Konrad burnudur. Ada Aleksandr Qrem Bellin həyat yoldaşı Meybel Habbardın şərəfinə adlandırılır. Xəritə Xəritə Mənbə Meybel adasının şəkilləri — www.Yuko-Travel.ru Фотография пролива Эйра — www.Yuko-Travel.ru

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları