Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır.Lunarpages Contact Support Page Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır.
Maraqlı faktlar 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır. 12 fevral 1981-ci ildə adada İl-14 təyyarəsi qəzaya uğramışdır. Təyyarə stansiyaya avadanlıq və alimləri aparırdı. Təyyarənin qalıqları bu gündə qalır.
Mənbə Heys adası
İstinadlar
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Arxangelsk vilayəti adaları