Əlincəqala В 1387 г. полчища Тимура вторглись в Азербайджан. Разбив войска Джелаиридов, Тимур овладел Тебризом. Множество армянских и азербайджанских ремесленников было отправлено в Самарканд. Наиболее стойкое сопротивление захватчикам оказали защитники крепости Алинджакала недалеко от Нахчевана., Əlincə-qala Крепость Алинджа-кала на правом берегу р. Алинджа (Нах. АССР) являлась одним из наиболее мощных оборонительных сооружений своего времени. Наиболее упорное сопротивление Тимуру в Азербайджане оказала крепость Алинджак (ныне развалины Алинджа-кала в Нахчиванской АССР). С военной помощью Грузии она держалась до 1400 г. Его сыновья также получили ключевые позиции в султанате: Джахан-Пехлеван стал фактическим главой дворцовой администрации, а Кызыл-Арслан играл видную роль в военном аппарате. Теперь основная казна иракских Сельджукидов хранилась у Ильдегизидов в крепости Алинджа-кала, около Нахчивана,… və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.

XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur.

Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Atabəy Özbək Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşləri zamanı Əlincə qalasına sığınmış, burada da vəfat etmişdir. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Teymuri qoşunlarının hücumu Əlincə qalasından yan keçməmişdir. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur. 14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Əmir Teymurun vəfatından sonra qala Qaraqoyunluların hakimiyyəti altına keçmiş, bu dövrdə Teymuri-Qaraqoyunlu müharibəsi başlamışdır. Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir.

Qala ilk növbədə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür.

Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqdan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30–40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür.

Adın etimologiyası

250px|thumb|left|Qalanın yerləşdiyi Əlincə dağının ümumi görünüşü Tədqiqatçılar "Əlincə" sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı mənbələrində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və digər şəkillərdə işlədilmişdir. Bəzi mənbələrdə Əlincə qalasının adı Erinca şəklində mövcuddur. Bəzi tarixçilər qeydlərində iddia edirlər ki, Əlincə qalası öz adını zəngin xəzinəsini və ölkədən yığdığı külli miqdarda mədaxilini gizlətmək məqsədilə həmin qalanı inşa etmiş Erincak adlı bir feodal qadının adından götürülmüşdür.

Mənbələrdə "alan" kəlməsinin "aran" şəkli V–VII əsrlərdə işlədilmişdir. Çünki orta əsr ərəb və başqa mənbələrdə xüsusi yer adı olaraq "Aran", "Arran" və "Alran" kəlmələrinə təsadüf edilir. XIII əsrdə yaşamış məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi "Mucəm əl-buldən" əsərində "Arran" kəlməsinin ərəb sözü olmayıb, yerli məna daşıdığını qeyd edir. Bu söz türk dillərindən götürülmüşdür. Qalaya belə bir adın verilməsi heç təsadüfi deyil. Çünki, "alan" qədim türk dilində "düzənlik", "meydan" mənasını verir. Bu, qalanın yuxarı hissəsinin düz bir sahədən ibarət olması ilə bağlı olmuşdur. Bununla belə, "aran", "alan" kəlmələrinin "Əlincə" sözünə çevrilməsinə alimlər şübhə ilə yanaşırlar.

"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə Əlincə qalası adının izahı bir neçə variantda verilmişdir: "…VII əsrə aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə Alınca variantlarında çəkilir… Bəzi tədqiqatçılar dağın adının monqolların yürüşündə iştirak etmiş elcihin tayfasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikirlərinə görə, toponim türk dillərində olan alançil (meydança, düzənlik) kəlməsindəndir. Oronimi alan tayfa adı ilə də bağlayırlar." Toponimikaya həsr olunmuş lüğətdə də "Əlincə" kəlməsin etimologiyası barədə dəqiq fikir söylənilmir.

"Əlincə" kəlməsi "alan" tayfasının adı ilə bağlıdır. "Azərbaycan tarixi" əsərinin akademik nəşrinin I cildində "alan" tayfalarının eramızın 72-ci ilində Dəryal keçidi vasitəsilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası istiqamətində yürüş etməsi fikri müdafiə olunmuşdur. İosif Flaviyə görə alanlar skif tayfalarındandır. Bir sıra antik müəlliflərin, eləcə də İosif Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri vasitəsilə baş verməsi haqqında irəli sürülən elmi fikri təsdiq etmir. Bəzi tədqiqatçıların fikirlərinə görə, "Əlincə" toponimi qədim türk mənşəli alan (meydan, düzənlik) coğrafi termini ilə əlaqədardır."Alan" kəlməsinə artırılan "cıq" şəkilçisi kiçiltmə şəkilçisidir. "Alan" sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.

Bəzi orta əsr mənbələrində Əlincə qalasından "Yeröncək"Digər adlandırılması Erincak şəklindədir. kimi bəhs edilsə də, ehtimat edilir ki, "Yeröncək" kəlməsi Əlincə qalası ilə bağlı ad deyildir. Naxçıvan qalalarından bəhs edən professor Mirəli Seyidov qalanın ilkin adının "Ermcaq" olduğunu yazmışdır. Ermcaq iki tərkibdən yaranmış mürəkkəb söz-addır. "Eriq"Və ya "Erıq" kimi. əksər türk dillərində çox mənalı sözdür. Sözün möhkəm, qüvvətli, hakimiyyət mənaları vardır. "Caq" kəlməsi isə Azərbaycan dilində "yer", "məkan" bildirən şəkilçidir. Beləliklə "Ermcaq" möhkəm, qüvvətli, dövləti, hakimiyyəti olan yer deməkdir. Xalq etimologiyasına görə "Əlincə" kəlməsinin izahı "əlini çək", bəzi tədqiqatçılara görə "Alancik"Mənası "boş sahə" deməkdir. mənasını verir.

Naxçıvan Ölkəşünaslıq Muzeyinin əməkdaşı Mir Bağır Mirheydərzadə xalq rəvayətlərinə əsaslanaraq qeyd edir ki, "Əlincə qalasının adı monqolların ulu babası Əlincə xanın adı ilə bağlıdır." Mehmed Fuad Köprülünün fikrinə görə, bu, həqiqi bir xalq rəvayəti olmayıb, türk-monqol tarixinə aid yazılı mənbələrə bələd olan bir şəxs tərəfindən uydurulmuş, heç bir elmi əsası olmayan zahiri bir bənzətmədən başqa bir şey deyildir.

Yaxın Şərq coğrafiyasının tanınmış tədqiqatçılarından biri olan K. Streyc qalanın əsl adının "Alancik" olduğunu qeyd edir. Tədqiqatçıların bəzilərinin fikrincə, qalanın adının bu şəkildə işlədilməsi həqiqətə daha uyğundur. Qala öz adını qədim Azərbaycan sözü olan "Alan" kəlməsindən götürmüşdür. Bu kəlmə qədim türk dillərində "düzənlik", "meydan" mənasını verir. Azərbaycan Ensiklopediyasında da qalanın adı "Alancik" kəlməsi ilə bağlı izah edilir. Mahmud Kaşğarinin XI əsrə aid "Divanü Lüğat-it-Türk" kitabında "alan"Və ya "alanq" kimi qeyd edilir. kəlməsi "düz", "açıq yer" kimi şərh olunur. Mehmed Fuad Köprülü "Alancuk" kəlməsinin səlcuq türklərinə aid olub, "kiçik meydan" mənasını verdiyini qeyd edir. "Alan" kəlməsi təkcə səlcuqlara məxsus olmayıb, həmçinin bir sıra türk tayfalarının dilində də işlədilmişdir. Müasir Azərbaycan dilində "düzənlik" mənasında "alan" kəlməsi yox, "aran" kəlməsi işlədilir. "1" hərfinin "r" hərfinə çevrilməsi türk dilləri qrupu üçün xas olduğundan "alan" kəlməsi də zamanla "aran" sözünə çevrilmişdir.

Müasir türk ədəbiyyatında qalanın adı "Alınca qalası" şəklində yazılır. Azərbaycan ərazisində orta əsrlər dövründə Əlincə adlı başqa qalalar da mövcud olmuşdur. Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində Təbriz şəhərinin yaxınlığında Əlincə adlı qala olduğunu qeyd edir.

Akademik Ağamusa Axundovun fikrincə, Əlincə qalasının adı monqolların yürüşlərində iştirak edən, əslən türk tayfaları olan əlcihinlərləBəzi mənbələrdə bu tayfa elcihin kimi də qeyd edilir. bağlıdır. Əlincə toponiminin metatezaSəslərin yer dəyişimi. və eliziyaSəs düşümü. fonetik hadisələri nəticəsində əlcihin etnonimindən yaranması mümkündür. Tədqiqatçı N. Məmmədov da Əlincə dağ adının eramızın ilk əsrlərindən mövcud olmasını qeyd etməklə, Əlincə adının türk tayfalarından olan əlcihin tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmasını bildirir. Monqolların Azərbaycana, eləcə də Naxçıvana yürüşü XIII əsrdə olmuşdur, bu zaman Əlincə adlı qala artıq mövcud idi və bu cür adlanırdı. Bu xronologiya əsas götürüləndə, bu məlumatlar əsassız olaraq qalır. İlhami Cəfərsoylu Əlincə qalasının monqollarla əlaqəsindən bəhs edərkən qeyd edir ki, "Əlincək boyunun bəzi qulları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vəzifələr tutmuşlar. Onlardan biri Almcak noyon idi. Fəzlullah Rəşidəddinin yazdığına görə, həmin boydan Əmir Novruz Almcak adlı bir əmir çıxıb."

Azərbaycanın Əlincək boyunda qoşun başçıları ilə yanaşı, alim və şairlərdə dünyaya gəlib. Əlişir Nəvai öz dövrünün tanınmış alim və şairlərindən bəhs edərkəb Mövlana Xələf Təbrizi Şeyx Ələncək haqqında da məlumat verir.

AMEA-nın müxbir üzvü Adil Bağırov Əlincə adını Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə əlaqələndirmiş və qeyd etmişdir ki, "bu söz canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür." Oğuz dastanında Alınca xan Nuh peyğəmbərin yeddinci oğlu kimi təqdim edilir. O, Yafəsin və Türkün nəslindəndir. Əbulqazi Bahadır xanın qələmə aldığı "Türklərin soy ağacı" əsərinin "Şəcəreyi-Türk" hissəsində iki dəfə onun adı çəkilir.

Azərbaycan xalqının həyatını, məişətini, adət ənənələrini, yüzlərlə yer adlarını əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan "Kitabi Dədə Qorqud" dastanlarında da Əlincə kəlməsi işlədilir. Dastandakı "Uşun qoca oğlu Segrək boyu"nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Segrəyin onu xilas etməsi göstərilir. Əlincə kəlməsi "Kitabi Dədə Qorqud" dastanlarında qala kimi xatırlanır. Naxçıvanda "Əlincə" sözü Əlincə qalasında, Əlincəçayda və kənd adında istifadə olunur.