Otar Yevtixiyeviç Çerkeziya (; ) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi.

1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

SSRİ Ali Sovetinin 11 çağırış deputatı.

1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.

İstinadlar

Xarici keçidlər http://www.e-globus.ru/639.html (rusca)

Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Gürcüstan Kommunist Partiyası rayon komitələrinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri