Diskoasterlər - kokkolitoforidlərə yaxın olan nəsli kəsilmiş orqanizmlər. Hüceyrə quruluşu məlum deyil. Fossil halda kokkolit və kokkolitoforidləri xatırladan ulduzvari və çoxbucaqlı formalı mikroskopik kalsium-karbonat (bəzən silisiumlaşmış) lövhələr şəklində rast gəlir. Təbaşirdən neogenə qədər məlumdur.
Həmçinin bax Kokkolitoforidlər
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Kateqoriya:Qızılı yosunlar Kateqoriya:Fosillər