Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963Barium sulfat (BaSO4) - sulfat turşusunun barium duzu.
Təbiətdə tapılması Təbiətdə - barıt mineralı şəklində tapılır. Rəngsiz kristal maddədir. Suda, demək olar ki, həll olunmur (180C-də 1 l suda 2 mq).
Alınması Qatı və duru sulfat turşusu bariumun suda həll olan duzları ilə reaksiyaya girərək barium sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:
Bu reaksiya analitik kimyada Ba2+ və SO4 2- ionlarını təyin etmək üçün istifadə edilir.
Kimyəvi xassələri Barium sulfat qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq turş duz – barium –hidrosulfat əmələ gətirir:
Yüksək temperaturda (1600 °C)barium sulfat parçalanır
Tətbiqi Litoponun alınmasında, dərin neft quyularının qazılmasında (ağırlaşdırıcı maddə kimi), müşəmbə, linolium, kağız və rezin istehsalında, rentgen şüalarını yaxşı udduğu üçün tibbdə rentgenoloji müayinələrdə, o cümlədən mədə-bağırsaq sistemin müayinəsində işlənilir.
Mənbə
Kateqoriya:Barium birləşmələri Kateqoriya:Sulfatlar Kateqoriya:Piqmentlər