Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər.
Məzmun Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.
Film müsbət sonluqla başa çatır.
Filmin üzərində işləyənlər Ssenarist: Əjdər Ol Rejissor: Pərviz Həsənov Operator: Elman Əliyev Prodüser: Fuad Əzizov Rəssam: Şahin Həsənli Bəstəkar: Xəyal Məmmədov
Rollarda Qurban İsmayılov — Qədir Rasim Cəfər — Əmrulla Almaz Amanova — Nazı Leyla Əbdülsəmədova — Qönçə Rövşən Kərimduxt — Məmməd Ədalət Əbdülsəmədov Arif Kərimov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri