Çjao Szıyan (; ) – Çin partiya və dövlət xadimi.
O, aparıcı islahatçı idi, Çinə bazar iqtisadiyyatını təqdim etmiş, korrupsiya ilə mübarizə aparmışdır.
Həyatı və fəaliyyəti 17 oktyabr 1919-cu ildə Xenan əyaləti, Xuasyan qəzasında böyük bir torpaq sahibinin ailəsində anadan olmuşdur. Atası 1930-cu illərdə öldürülmüşdür.
1938-ci ildən Çin Kommunist Partiyasının üzvü olmuşdur. 1937–1945-ci illərdə yapon işğalçılarına qarşı aparılmış milli azadlıq müharibəsində və 1946–1949-cu illərdəki xalq azadlıq müharibəsində Xebey, Şandun və Xenan əyalətlərində rəhbər partiya vəzifələrində olmuşdur. 1951-ci ildə aqrar islahatın keçirilməsinə rəhbərlik etmək üçün Quandun əyalətinə göndərilmiş, əvvəlcə ÇKP MK cənub yarımbürosunun katib müavini, sonra isə ÇKP Quandun əyalət komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir.
1967-ci ilin aprel ayında bütün vəzifələrdən kənarlaşdırılmışdır. 1971-ci ildə bəraət almışdır.
Bundan sonra 1971–1972-ci illərdə ÇKP Daxili Monqolustan muxtar rayonu komitəsinin katibi, 1972–1975-ci illərdə ÇKP Quandun əyalət komitəsinin katibi və birinci katibi, 1975–1980-ci illərdə ÇKP Sıçuan əyalət komitəsinin birinci katibi, Çendu qoşunlarının birinci komissarı olmuşdur. 1978-ci ildən Çin Xalq Siyasi Məsləhət Şurası Ümumçin Komitəsi sədrinin müavini idi. 1979-cu ildən ÇKP MK Siyasi Bürosunun, 1980-ci ildən ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü idi. 1980 ilin sentyabrında baş nazir vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin yanvarında ÇKP MK-nın Baş katibi vəzifəsinə seçilmişdir.
Ev həbsi 1989-cu ilin iyun ayında keçirilən ÇKP MK-nın 4-cü plenumu Çjao Szıyanı ÇKP MK-nın baş katibi vəzifəsindən azad etmişdir. Belə ki, ÇKP MK-nın 1989-cu ilin 23–24 iyun tarixlərində keçirilmiş XIII çağırış 4-cü pleumu Li Penin "Antipartiya və antisosializm çıxışları və iğtişaşları zamanı yoldaş Çjao Szıyanın səhvləri haqqında" məruzəsini müzakirəyə çıxartmışdır. Müzakirə nəticəsində plenum Çjao Szıyanı ÇKP MK-nin baş katibi vəzifəsindən azad edərək, bu vəzifəyə ÇKP-nin Şanxay şəhər komitəsinin katibi Szyan Szemini seçmişdir. Bundan sonra Çjao Szıyan ömrünün sonunadək ev dustağı qalmışdır.
17 yanvar 2005-ci ildə Pekindəki xəstəxanaların birində vəfat etmişdir.
Ailəsi Lyan Botsi ilə evli olmuşdur. Onbu evlilikdən 6 övladları - 5 oğlan və 1 qız övladları dünyaya gəlmişdir. Lyan Botsi 2013-cü ilin dekabr ayında Pekində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Video of Zhao's 19 May speech to Tiananmen protesters Zhao Ziyang. Prisoner of the State: The Secret Journal of Premier Zhao Ziyang. Trans & Ed. Bao Pu, Renee Chiang, and Adi Ignatius. New York: Simon and Schuster. 2009. . Pre-publication interview on Prisoner of the State with Bao Pu and excerpts from Zhao tapes (Radio France Internationale in English) Alliance Introduction (profile by the democracy movement alliance; in Chinese) News collections about Zhao Ziyang (China Digital Times) 赵紫阳同志逝世, Zhao Ziyang died at 85 (official Chinese news agency, Xinhua News Agency) China's Purged Chinese leader dies (CNN) Obituary: Zhao Ziyang (BBC) Chinese media muted on Zhao death (BBC) Online tributes to Zhao Ziyang (BBC) The Prisoner of Conscience: Zhao Ziyang, 1919–2005 (TIME) Chinese Leader Purged for Supporting Tiananmen Protesters Dies at 85 (The New York Times) China Gives Zhao's Death Scant Notice (The New York Times) Purged Chinese Leader Zhao Ziyang Dies at 85 (The Washington Post) Zhao's Death Puts China in Quandary (The Washington Post) The man who came too late (The Economist) Media Barred from Covering Death of Former Communist Leader (International Freedom of Expression Exchange) Zhao Ziyang: The Times obituary (The Times) Retired Politburo Members Appeal for Zhao Ziyang’s Rehabilitation (The Epoch Times)
Kateqoriya:Pekində vəfat edənlər