Mustafa Səbri Əfəndi () — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı.
Həyatı Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Xoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Səbri, burda "Hüzur Dərsləri Müqərrirləri"ndən (dərsi təkrar edərək başa salan müəllim) Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur.Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s.254; ayrıca bkz., Ek: 1
Mustafa Səbri 1890-cı ildə açılan "Ruus"M.Zeki Pakalın, Osmanlı Tarih Deyimleri ve Terimler Sözlüğü, C.2, İstanbul 1971. s.14–15 imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu.Ebül ‘ulâ Mardin, Huzur Dersleri, İstanbul 1966. Cilt: 11–111, s.350–351. Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi.Ahmet Akbulut, "Şeyhülislâm Mustafa Sabri ve Görüşleri (1869–1954)", İslami Araştırmalar, Cilt: 6, Sayı: l,s.32–33. O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir.Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s.184 O həm də Silistre müftisi olmuşİlmiye Salnamesi, İstanbul 1341, s.94. və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir. Əhməd Hilmi Əfəndinin Hicaz Vilayətində qazilik vəzifəsini icra etdiyi vaxt da "Müşaviri-Sani" titulu ilə xidmət etmişdir.Mehmet Aksoy, Beyanü’l-Hak ve Mustafa Sabri, Ankara Üniversitesi Türk Inkilâp Tarihi Enstitüsü Basılmamış Yüksek Lisans Tezi, Ankara 1989, s.41
1908-ci ildə Osmanlı imperiyasında İkinci Konstitusiya elan edilən dövrdə Mustafa Səbri fəal siyasi fəaliyyətə başladı. İkinci Konstitusiya elan ediləndə Toqatda məbus seçildi. Digər tərəfdən də eyni ildə "Cəmiyyət-e İttihadiye-yi İslamiyyə" adlı dinə söykənən siyasi dərnək təşkil etdi. Əvvəlcə İttihad və Tərəqqi tərkibində yer almasına baxmayaraqMahir İz. Yılların İzi, İstanbul 1979, s.38–39 sonradan "Hürriyyət və İitilaf Partiyası" sıralarına daxil oldu. Gənc türklər hərəkatı hakimiyyətə gəldikdən sonra Mustafa Səbri Əfəndi onlara, eləcə də onların partiyaları olmuş "İttihad və tərəqqiyə" müxalifətdə olmuşdur. Buna görə təqiblərə məruz qalmış və nəticədə Rumıniyaya köç etmişdir.
Daha sonra yenidən İstanbula qayıdaraq pedaqoji fəaliyyətini davam etdirmişdir. O, 1919-cu ildə Osmanlı imperiyasının şeyxülislamı olmuşdur. 1922-ci isə ildə İstanbuldan Qahirəyə köçmüş, son günlərinə qədər orada yaşamış, əl-Əzhər universitetinin müəllimi olmuşdur. Mustafa Səbri Əfəndi Cəmaləddin Əfqani, Məhəmməd Abduh, eləcə də başqa Misir islahatçılarının fəaliyyətinə qarşı çıxış etmiş, onları İslama bidətlər gətirdiklərinə görə günahlandırmışdırlar. Mühafizəkar bir dindar olaraq onları təkzib etmək üçün əsərlər yazmışdır. 12 mart 1954-cü ildə Qahirədə vəfat etmişdir.
Həmçinin bax II Əbdülhəmid Osmanlı imperiyası İttihad və Tərəqqi Gənc türklər
Xarici keçidlər Şeyhülislam Mustafa Sabri’nin Millî Mücadele ve Atatürk İnkılâpları Karşıtı Tutum ve Davranışları Cumhuriyet düşmanı şeyhülislam Mustafa Sabri
İstinadlar
Kateqoriya:Osmanlı şeyxülislamları
Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:İslam filosofları Kateqoriya:Müftilər Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Əl-Əzhər Universitetinin müəllimləri Kateqoriya:Monarxistlər