Bərdə zəlzələsi — 2017-ci ilin 15 noyabr tarixində yerli vaxtla saat 23:48-də Azərbaycannın Bərdə rayonunda baş vermiş zəlzələ. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin koordinatında, 27 km dərinlikdə və 5,7 maqnituda gücündə olduğu barədə məlumat yaymışdır. Ermənilərin nəzarətində olan Dağlıq Qarabağdakı seysmiloji stansiyalarda isə zəlzələnin Mingəçevir şəhərindən 68 km cənubda, yerin 10 km dərinliyində, 5.3 maqnituda gücündə baş verməsi və təkanların gücünün 7 bal olması qeydə alınmışdır. Lakin Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Bərdə şəhərindən 23 km şərqinə düşdüyünü, yer səthinin 9 kilometr dərinliyində baş verdiyini, episentrdə təkanların 5,1 maqnituda gücündə olduğunu açıqlayıb. Digər beynəlxalq seysmiloji mərkəzlərin internet saytlarında isə zəlzələnin episentrinin Bərdə şəhərindən 19 km şərqdə koordinatında olması və episentrdə zəlzələnin gücünün 5,2 maqnituda, Ağdamda 4, Xankəndində 6, Mingəçevirdə 5, Bərdədə isə 6 bal gücündə olması göstərilir. Yeraltı təkanlar nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanmışMilli.az, bundan başqa həmin rayonda 9 evə ziyan dəymiş, 3 ev və 1 tövlə tamamilə dağılmışdır. Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəymiş, məcburi köçkünlərin məskunlaşdığı Meşəçilik massivində bir ev tamamilə dağılmışdır. Ağdam rayonunda 127 evə, 1 məktəb binasına ziyan dəymiş, Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlmışdır.

İstinadlar

Kateqoriya:2017-ci ildəki hadisələr Kateqoriya:Azərbaycanda zəlzələlər Kateqoriya:15 noyabrdakı hadisələr