Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir.

Ümumi məlumat alt=|left|thumb|Dördüncü kaskad

Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir. Şəlalə Eravan Milli Parkının görməli yerlərindən biri hesab olunur. Uzunluğu 1700 m, hündürlüyü 831 olan kaskadlar sisteminin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 996 metr, ən alçaq nöütəsi isə 165 metrdə yerləşir. Şəlalə öz adını 7-ci kaskadın mifik üç başlı ağ filə — Eravana (tay. เอราวัณ) və ya AyravataВ индуизме — белый слон Индры. Охранял восток и является прародителем слонов, поддерживающих вселенную. (sanskrit.(ऐरावत). bənzədiyindən almış.

Monqlay və Omtala çayları dağlıq silsilə boyu axaraq əhəngdaşlı və dolomit süxurlarından keçir. Suyun rəngi bu bölgədə zümrüdü və firuzəyi rəngə çalır. Suyun tərkibində olan karbotan kalsi çökərək suya xüsusi rəng verir. Bu tip proseslər bölgədə olan digər məşhur şəlalədə — Kuang Sidə (Laos) baş verir.

Şəlalənin yerləşdiyi ərazi sıx bitki örtüyü ilə örtülmüş. Əsasən qarışıq meşələr üstünlük təşkil edir. Bəzi yerlərdə dipterokarpov və bambuk meşələri yayılıb. Bölgədə məməlilər, sürünənlər, şırın su balıqları və quşlar yetərincə çoxdur. Böyük hevanlardan Makak və Makak-Rezusu misal göstərmək olar. left|thumb|Üçüncü kaskadın su hövzəsi və balıqlar

Şəlaləni müşahidə etmək üçün ərazidə xüsusi cığır salınmış. Yolun su ilə kəsişdiyi yerlərdə isə körpülər inşa edilmiş. İlk üç yarusa qədər yol beton örtüklü, sonra isə torpaqdır. Yaruslar aşağıdan yuxarıya doğru sayılır. İlk iki yarus ( və Wung Macha) yerli əhalinin sevimli istirahət məkanıdır. İkinci yarusdan () yuxarıya qida və içki gətirmək (adam başına bir içməli su istisna olunmaqla) park rəhbərliyi tərəfindən qadağan edilmiş. Növbət kaskad () böyük su hovuzuna malikdir. 4–6-cı kaskadlar (, Bua Mae Long, Dong Prouck Sa) daha sıx meşəliklə əhatələnib. Sonuncu kaskada () ancaq bambuk pilləkənlər vasitəsilə qalxmaq mümkündür. Burada böyük müşahidə meydançası mövcudur.

Milli parka giriş pulludur. Xarici turistlər üçün biletin qiyməti 200 batdır.Таиланд является одной из немногих стран, где стоимость входных билетов для иностранцев гораздо выше, чем для местных жителей. Saat 16:00-dan sonra 2-ci yarusdan yuxarıya qalxmağa icazə verilmir.

Nəqliyyat Kançanaburi avtovağzalından () hər gün saat 8:00-dan 17:20 qədər 8170 №-li avtobus fəaliyyət göstərir.По данным

Ədəbiyyat Thailand, Lonely Planet Publications, UK, 2009 — ISBN 978-1-74179-157-0

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Tailand coğrafiyası