Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4]

Haqqında Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və  Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara. Parıltısı yarımetallik. Sərtliyi 6. Xüsusi çəkisi 5. Skarn və yüksək temperaturlu hidrotermal yataqlarda. Bəzən aşağı temperaturlu yataqlarda. Həmçinin metamorfizləşmiş Mn çökmə yataqlarında. Mn filizi.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Nesosilikatlar Kateqoriya:Oksidlər (minerallar) Kateqoriya:Manqanın (II, III) mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Tetraqonal sinqoniya mineralları