() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Cənubi Braziliya və Argentinadır.

Botaniki təsviri Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir. Meyvələri uzunluğu 6 sm-ə qədər olan yumurtaşəkilli giləmeyvədir, yetişdikdə sarımtıl-narıncı rəngli, dadsız, içərisində çoxsaylı toxumları olur.

Ekologiyası -4-6oC - dək soyuqlara dözür. Turşulu, zəif turşulu torpaqlarda əkilməsi məqsədyönlüdür. Havanın temperaturunun kəskin dəyişməsindən yarpaqlarını tökə bilər. Yarpaqların saplaqlarında və yarpaq ayalarının kənarlarında qarışqaları cəlb edən xüsusi nektar vəzicikləri vardır və təbiətdə bitkiləri zərərvericilərdən mühafizə edir. Tor gənəsi ilə tez-tez zədələnə bilər.

Azərbaycanda yayılması Abşeronda yaşıllaşdırmada rast gəlinir.

İstifadəsi Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Tropik meyvələr Kateqoriya:Braziliya florası Kateqoriya:Argentina florası Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Boliviya florası Kateqoriya:Paraqvay florası