Çin–Suriya münasibətləri — Çin Xalq Respublikası ilə Suriya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında iki tərəfli münasibətlər 1 avqust 1956-cı ildə qurulmuşdur. Çin Dəməşqdə, Suriya isə Pekində diplomatik nümayəndəliyə sahibdir.
Suriya böhranı Çin dünyanın az saylı ölkələrindəndir ki, Suriya böhranının diplomatik yollarla həll olunması və dünya ictimaiyyətinin Suriyanın daxili işlərinə müdaxiləsini düzgün hesab etməmişdir.
Çin Rusiya ilə birlikdə dəfələrlə BMT Təhlükəsizlik şurasının toplantılarında öz veto hüquqlarından istifadə edərək bir çox qəhnamələrin qəbulunu əngəlləmişlərЧуркин: Заблокированная РФ резолюция по Сирии отражала «конфронтационный подход» .
İqtisadi əlaqələr 2009-cu ildə iki ölkə arasında ticarət dövrüyyəsi $2,2 mld dollar təşkil etmişdir. Ticarət əlaqəsi demək olar ki, bir tərəflidir. Suriyadan Çinə ümumi dövrüyyənin 1 % düşür ki, buda cəmi $5,6 mln dollardır. Çin 2 milyarddan çox məhsulu Suriyaya ixrac edir. Bu isə Suriyanı Çin üçün əsas iqtisadi tərəfdaşlardan biri edir. Çin Suriyanın neft sənayesində iştirak edir. Çin Milli Neft-Qaz Şirkəti ilə Suriya Milli Neft Şirkəti və Royal Dutch Shell birlikdə Al-Furat Petroleum Company şirkəti təşkil olunmuşdur. 2017-ci il 9 iyulun tarixində Pekində Suriya səfirliyinin dəstəyi ilə qarşlıqlı mübadilə üzrə Çin-ərəb assosiasiyası tərəfindən tədbir keçirilmişdir. Burada əsasən yatırım və inşaat sahəsində çalışan Çin firmalarının minlərlə təmsilçisi iştirak etmişdir. Çin-Ərəb assosiasiyası sədrinin müavini Tsin Yunun bildirdiyi görə Çin şirkətləri Suriyada sənaye parkının yaradılmasına iki milyard dollar yatırmağa hazırlaşır. Layihə indiki mərəhələdə Çinin 150 şirkətini əhatə edəçəkdir[strateq.az/manshet/195841/cin-bircə-atəs-acmadan-suriyada-muharibəni-udur.html Çin bircə atəş açmadan Suriyada müharibəni udur:Çin sərmayəsi bu ölkəni işğal etməyə başlayıb – Təhlil]. Suriya səfirliyi qarşılıqlı mübadilə üzrə Çin-Ərəb assosiasiyası və Çinin mərkəzi Pekində olan hüquq firması 2017-ci il 4 iyulunda Suriyanın bərpası, həmçinin Çin şirkətlərinin ehtiyac duyduğu yatırım mühitinin formalaşmasına şərait yaradacaq hüquqi dəstək göstərməklə bağlı hüquqi və texniki məsələlərlə məşğul olmalı olan özəl komissiya yaradıb.
Hərbi əməkdaşlıq 1969-cu ildə Pekində olan hərbi qərargahın sədri Mustafa Tlas Çinlə silah alışı barədə razılığa gəlmişdir. 1991-ci ildə Çin Suriyaya miniatur SRR-1 neytron reaktorunu satmışdır. В 2015 году Сирия заявила о готовности отправить уран обратно в Китай, в период разоружения её химического оружия.
1993 və 1996 illərdə Çin Suriyaya Ballistik raket proqramını gerçəkləşdirməyə yardım etmişdir
19 oktyabr 1999-cu ildə Çinin Müdafiə Naziri general Çi Haotayn Suriya Müdafiə Naziri Mustafa Tlas ilə iki ölkə arasında Dəməşqdə hərbi əməkdaşlıq arasında danışıqlar aparmışdır«China defense minister visits Israel». World Tribune. Thursday, October 21, 1999.
İstinadlar
Kateqoriya:Suriyanın ikitərəfli əlaqələri Kateqoriya:Çinin ikitərəfli əlaqələri