Axalqori dəfinəsi — 1908-ci ildə Axalqori kəndi yaxınlığında (indiki Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətiində) qəbirdə aşkar edilmiş dəfinə.

Axalqori dəfinəsində e.ə. VI–V əsrlərə aid qızıl və tunc bəzək əşyaları, gümüş qablar, at yüyəni və s. tapılmışdır. Bəzək əyalarının əksəriyyəti yerli ustalar tərəfindən hazırlanmışdır, bəzilərinin Ön Asiyadan gətirildiyi ehtimal olunur.

İstinadlar

Kateqoriya:Arxeologiya Kateqoriya:Gürcüstan Kateqoriya:Azərbaycan muzeylərinin kolleksiyaları