Yerin alt mantiyası (, ) — mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.

Alt mantiya Yerin ümumi həcminin 56% təşkil edir və qatı haldadır. Tərkibini əsasən dəmir və maqnezium silikatlar təşkil edir. Temperatur təqribən 2000-3000°C-dir amma buna baxmayaraq təzyiqin həddindən artıq yüksək olması səbəbindən tərkibindəki maddələr maye halına keçə bilmir. Qatı halda olsa belə alt mantiya çox kiçik sürətlə belə olsa, axma xüsusiyyətinə malikdir. Bu da öz növbəsində istilik konveksiyasına, tektonik plitələrin hərəkət etməsinə və vulkanik fəaliyyətlərə səbəb olur. Alt mantiya ildə yalnız bir neçə mm hərəkət edə bilir.

Kəşfi 1913-cü ildə isə alman seysmoloqu Beno Qutenberq seysmik dalğaların yerin təqribi 2900 km dərinlikdə davranışının tamamilə dəyişdiyini müəyyən etmişdi. S dalğaları tamamilə yox olur, P dalğaları isə yavaşıyırdı. Bu müşahidənin nəticəsi olaraq biz hazırda bilirik ki 2900 km Yerin nüvəsi ilə alt mantiyanın kəsişdiyi dərinlikdir.

1920-ci illərdə o dövrün seysmoloqları seysmik dalğaların Yerin təxminən 660 km dərinliyində sürətində qəfil və kəskin artım olduğunu müəyyən etdilər. Bu həmin dərinlikdə iki müxtəlif təbəqə arasında sərhədin olduğunu göstərirdi. Beləliklə 660 km dərinlik üst və alt mantiya arasındakı sərhəd qəbul edildi. Bu sərhəd hazırda Repetti sərhədi adlanır. Bununla, Yer bir neçə əsas təbəqəyə bölünmüş oldu. Bunlardan biri də hazırda danışdığımız alt mantiyadır.

Həmçinin bax Yerin mantiyası Yamac

İstinadlar

Kateqoriya:Geomorfoloji terminlər