Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir.
Tarixçə Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir.
Quruluşu Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Şəkillər
İstinadlar
Həmçinin bax Azərbaycan musiqisi Azərbaycan mədəniyyəti
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Azərbaycan musiqi alətləri Kateqoriya:Türkiyə musiqi alətləri Kateqoriya:İran musiqi alətləri