Ənvər Çingiz oğlu Fərəcov və ya Ənvər Çingizoğlu () — azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar (2007), Azərbaycan Jurnalistlər birliklərinin (1987), Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü (2003); "Qızıl qələm" mükafatı laureatı (2012), Əməkdar mədəniyyət işçisi (2019), vikipediyaçı (2009 – 2022).

Həyatı Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).

Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982).

Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990).

Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.

Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.

Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.

Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", "Xurşidbanu Natəvan", "Nəvvab", "Kəminə" adlı televiziya filmləri çəkilib.

Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.

Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.

Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.

Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.

Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.

Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır: Azərbaycan xalqının soy-kökünün araşdırılması; Azərbaycan xanlıqları tarixinin tədqiqi.

10 iyul 2022-ci ildə vəfat edib.

Mükafatları "Qızıl qələm" mükafatı — 2012 Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplomuna layiq görülmüşdür. — 2017 Əməkdar mədəniyyət işçisi — 2019

Kitabları Məhəmməd bəy Aşiqin şeirləri. Bakı: Şuşa, 2000, (tərtibatçı) Rzaqulu bəy Vəzirovun əsərləri. Bakı: "Şuşa", 2005, (tərtibatçı) Qarabağ 1918–1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibatçı) Ağaməhəmməd xan Qacarın ölümünə qədər baş vermiş əsas hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı, Bakı: "Mütərcim", 2011, (tərtibatçı) Bayram xan Baharlı, Əsərləri, Bakı: "Mütərcim", 2013, (tərtibatçı) Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: "Mütərcim", 2013, (tərtibatçı) Pyotr Berje, A. P. Yermolovun İrana səfirliyi, Bakı: "Mütərcim", 2014, (tərtibatçı) Mahal Qacar-75, Bakı: "Mütərcim", 2014, (tərtibatçı) Abbas Ramazani, Fətəli şah Qacar, Bakı: "Mütərcim", 2015, (tərtibatçı) Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk, Bakı: "Mütərcim", 2015, (tərtibatçı) Mirzə Rza xan Ərfə, Xatirat, Bakı: "Mütərcim", 2017, (tərtibatçı)

Müəllifi və həmmüəllifi olduğu kitablar Abbasilər dövründə türklər Abbasqulu xan Kəngərli Arazbar bölgəsinin mənəvi mədəniyyəti Cuvarlı və cuvarlılar (Rafiq Mahmudov ilə) Avşarlar (Aydın Avşar ilə) Baharlılar Cavanşir-Dizaq mahalı Cəfərqulu xan Sarıcalı-Cavanşir Əbdürrəhmanbəyli obası Ərdəbil xanlığı Hacı Rəhim xan Çələbiyanlı Qaradağlılar Maku xanlığı Tarixi ilu-Əfşar (Aydın Avşar ilə) Zəncan xanlığı Zülqədər eli (Nərminə Məmmədova ilə) Səfikürdlülər Sərab xanlığı Sultanlıq soydan gəlir Xalxal xanlığı Xosrov bəy Sultanov İqbalüssəltənə Murtuzaqulu xan Bayat Qacarlar dövrünün diplomatları (Mahal Qacar ilə) Qacarlar və Qacar kəndi Qarabağda sənət və sənətkarlar (Rizvan Qarabağlı ilə) Qarabağlı hərbçilər (Qasım Hacıyev ilə) Qarabağlı hüquqşünaslar Qaradağ xanlığı (Mahal Qacar ilə) Şuşa şəhəri (1750–1850) Hüseynqulu xan Qasımlı-Avşar Hüseynqulu xan Qovanlı-Qacar Püsyan eli Şəmşəddil sultanlığı

Verilişləri O kənd bizim kəndimizdir… Yurdumuzu gəzə-gəzə… Mənim dostlarım Dünya bizim evimizdir GünAzTv-də "Türk Elləri" verilişində Ənvər Çingizoğlu: I hissə, II hissə

Filmoqrafiya Avşarlar (film, 1996) Xurşidbanu Natəvan (film, 2012) Zəngəzur qartalı (film, 2012) Ucalıq düsturu (film, 2012) Nəvvab (film, 2014) Sarı simin sızıltısı (film, 2016) Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016) Cəsarətin anatomiyası (film, 2017) Kəminə (film, 2018)

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycanlı folklorşünaslar Kateqoriya:Azərbaycan etnoqrafları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan jurnal redaktorları Kateqoriya:Azərbaycan televiziya prodüserləri Kateqoriya:Xələflilər Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:İranşünaslar Kateqoriya:Alimlər Kateqoriya:Azərbaycan etnoloqları